“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub
MƏDƏNİYYƏT
14.10.2021, 16:48
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı işıq üzü görüb.
Mia.az xəbər verir ki, nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinində tarix yazan, Vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edən 39 kürdəmirli şəhiddən bəhs olunur.
721 səhifədən ibarət kitab hər şəhidin qısa, eyni zamanda, şərəfli həyatından, bir-birinə bənzəyən şəxsi keyfiyyətlərindən bəhs edən oçerklərdən ibarətdir.
Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və hər bir şəhid haqqında öz düşüncələrini əlavə edib.
Kitabın “Ön söz”ündə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, sonda isə faşizmin mahiyyəti, erməni vandallarının havadarlarının köməyi ilə keçən əsrin əvvəllərindən bu günədək xalqımıza qarşı törətdikləri facilər, vəhşiliklər haqqında müfəssəl məlumat verilib. Şəhid olmazdan öncə döyüş yoldaşları, doğmaları ilə qısa danışıqları zamanı dedikləri sözləri onların Vətən, torpaq sevgisi və şəhidliyə münasibəti ilə izah edən müəllif şəhidlərin ali məqama hazır olmasını təsdiq etməklə yanaşı, oxucunu şəhidlərin həm nisgilimiz və faciəmiz, həm də qürurumuz və fəxrimiz olduğunu, bir ailənin deyil, artıq bütöv bir millətin övladı olduğu fikrinə kökləyir, sınmış ürəklərdə təskinlik yaradır. “Təki Vətən sağ olsun!” – deyərək qamətini bükməyən, xalqımızın and yerinə çevrilən şəhid anası obrazını bütün əsər boyu diqqət mərkəzində saxlayan müəllifin gənc nəslin “Torpaq”, “Vətən”, “Üçrəngli bayraq”, “Şəhid” kimi yüksək dəyərlər əsasında tərbiyələndirilməsində Azərbaycan qadınının böyük rolu oxucuya təqdim olunub. “Ölümü ömür seçənlər” kitabı hər bir şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Viktor Osimhen mütləq alınmalıdır”
Bugün, 13:15 İDMAN
-
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
Bugün, 13:13 KRİMİNAL
-
Kılıçdaroğlu komandasını geri gətirir – İyunun 1-də ilk iclas olacaq
Bugün, 12:59 SİYASƏT
-
Azərbaycanda taxılçılıq çöküb? - Rusiyadan buğda alışı kəskin artdı (Rəqəmlər)
Bugün, 12:58 İQTİSADİYYAT
-
Ərdoğan CHP-ni "özəlləşdirir"...
Bugün, 12:51 SİYASƏT
-
MAY “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ
Bugün, 12:46 PRESS
-
İtaliya prezidenti Azərbaycan Prezidentinə məktub göndərdi - MƏTN
Bugün, 12:35 GÜNDƏM
-
AAYDA-da daha 7 idarə ləğv olundu - Vüsal Nəsirli Agentliyi "qayçılayır"
Bugün, 12:30 CƏMİYYƏT
-
"Kapitalbank"a istəmirəm, əl çəkin" deyir, ancaq... - Bank müştərinin pulunu niyə qaytarmır? + Açıqlamalar
Bugün, 12:18 İQTİSADİYYAT
-
Sabah hava necə olaacq? - Proqnoz
Bugün, 12:06 CƏMİYYƏT
-
Nazir, komitə sədrləri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Bugün, 12:01 GÜNDƏM
-
İlham Əliyev Gürcüstanın prezidentinə məktub ünvanlayıb - MƏTN
Bugün, 11:49 GÜNDƏM
-
Əfran İsmayılov vitse-prezident təyin edildi
Bugün, 11:34 İDMAN
-
Böyük Britaniyanın yeni səfiri Bakıda: "Buraya gəlmək fərqli hissdir"
Bugün, 11:17 SİYASƏT
-
Vəzifəsini itirən Şahmar Vəliyevin pulu, yaxud... - "Karvan-Yevlax" niyə aşağı yuvarlandı?
Bugün, 11:01 İDMAN
-
AZƏRBAYCAN ÇEMPİONATI BİTDİ: klublar "dəri" dəyişir - Baş məşqçilər yol ayrıcında qalıb
Bugün, 10:53 İDMAN
-
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq - Deputatlar spikerə üz tutub
Bugün, 10:43 SİYASƏT
-
Dövlət Xidmətinin rəisi vəzifədən çıxarıldı, korrupsiya ittihamı ilə yoxlama başladı - AAYDA-da vəzifəli şəxslər səksəkədədir
Bugün, 10:32 CƏMİYYƏT
-
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırdı - Açıqlama
Bugün, 10:25 İDMAN
-
“Borussiya Dortmund” Türkiyə millisinin futbolçusu ilə vidalaşdı
Bugün, 10:14 İDMAN
-
AGENTLİKDƏ AİLƏ PODRATI: qohumlar vəzifədə, ətrafları tenderdə - Zaur Mikayılovdan belə məlumatlar gizlədilir?
Bugün, 10:07 CƏMİYYƏT
-
Özgür Özəlin daha bir silahdaşı saxlanıldı
Bugün, 09:58 SİYASƏT
-
Ağdam şəhərinə daha 110 ailə köçürüldü
Bugün, 09:28 GÜNDƏM
-
“Topaz” hər biri 500 manatlıq 38 uduşu vətəndaşlara "atıb" - Məhkəmə qalmaqalı
Bugün, 09:26 İQTİSADİYYAT
-
Trampdan Tehran rejiminə daha bir tələb: “Uran ya bizə verilməli, ya da…”
Bugün, 09:17 GÜNDƏM
-
Çilidə güclü zəlzələ oldu - 6.9 bal gücündə
Bugün, 09:13 DÜNYA
-
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - TƏHLİL
Bugün, 09:08 SİYASƏT
-
İranın üç bölgəsinə zərbə endirildi – ABŞ xəbəri təsdiqlədi, "təhlükə vardı" dedi (Yneilənib)
Bugün, 09:02 GÜNDƏM
-
Ağsuda maşın beton səddə çırpılıb çay yatağına düşdü - Ölənlər var
Bugün, 08:51 KRİMİNAL
-
"Əfsuslar olsun ki, biz elə yerində sayırıq" - Prezidentin dünənki müşavirəsi və... (TƏHLİL)
Bugün, 08:48 İQTİSADİYYAT
-
“Sən bilən hansı ilə gedəcəyəm? Mənə hansı düşür?" - Qatardan bixəbər Cavid Qurbanov imicini dəyişib
Bugün, 08:36 CƏMİYYƏT
-
ÖZGÜR ÖZƏL YENİ PARTİYA QURUR – Ən yaxın silahdaşı indidən reytinq faizini elan etdi
Bugün, 00:21 GÜNDƏM
-
Ajda Pekkan nahara 1600 manat ödədi – 80 yaşlı müğənninin yeməyi gündəm oldu (FOTO)
Bugün, 00:07 ŞOU-BİZNES
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT