“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub
14-10-2021 [16:48]
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı işıq üzü görüb.
Mia.az xəbər verir ki, nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinində tarix yazan, Vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edən 39 kürdəmirli şəhiddən bəhs olunur.
721 səhifədən ibarət kitab hər şəhidin qısa, eyni zamanda, şərəfli həyatından, bir-birinə bənzəyən şəxsi keyfiyyətlərindən bəhs edən oçerklərdən ibarətdir.
Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və hər bir şəhid haqqında öz düşüncələrini əlavə edib.
Kitabın “Ön söz”ündə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, sonda isə faşizmin mahiyyəti, erməni vandallarının havadarlarının köməyi ilə keçən əsrin əvvəllərindən bu günədək xalqımıza qarşı törətdikləri facilər, vəhşiliklər haqqında müfəssəl məlumat verilib. Şəhid olmazdan öncə döyüş yoldaşları, doğmaları ilə qısa danışıqları zamanı dedikləri sözləri onların Vətən, torpaq sevgisi və şəhidliyə münasibəti ilə izah edən müəllif şəhidlərin ali məqama hazır olmasını təsdiq etməklə yanaşı, oxucunu şəhidlərin həm nisgilimiz və faciəmiz, həm də qürurumuz və fəxrimiz olduğunu, bir ailənin deyil, artıq bütöv bir millətin övladı olduğu fikrinə kökləyir, sınmış ürəklərdə təskinlik yaradır. “Təki Vətən sağ olsun!” – deyərək qamətini bükməyən, xalqımızın and yerinə çevrilən şəhid anası obrazını bütün əsər boyu diqqət mərkəzində saxlayan müəllifin gənc nəslin “Torpaq”, “Vətən”, “Üçrəngli bayraq”, “Şəhid” kimi yüksək dəyərlər əsasında tərbiyələndirilməsində Azərbaycan qadınının böyük rolu oxucuya təqdim olunub. “Ölümü ömür seçənlər” kitabı hər bir şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.
“Qarabağ”ı qarşılamağa 10-15 nəfər gəldi - FOTOLAR
ABŞ İsrailə daha 12 ədəd F-22 qırıcı yerləşdirib
Lənkəranda torpaq sürüşməsi - 7 kəndi birləşdirən yol dağılıb
Prezident İlham Əliyev Küveyt Əmirinə məktub göndərib - MƏTN
Abel Məhərrəmovdan Ramiz Mehdiyevlə bağlı açıqlama: "Həftədə 3 dəfə Prezident Administrasiyasında olmuşam..."
AMEA Ramiz Mehdiyevlə bağlı açıqlama yaydı: "Onun dövlət əleyhinə törətdiyi əməlləri qətiyyətlə pisləyir və..."
Cəlilabaddan Bakıya narkotik gətirmək istəyən şəxslər saxlanılıb
Cəbrayıla növbəti köç olub
Ali Məhkəmə mənəvi zərərlə bağlı vahid qərar çıxarıb - DETALLAR
İran XİN: "Böyük bir anlaşma üçün tarixi fürsətimiz var"
Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət edib
Azərbaycan nefti 1.3 dollar ucuzlaşdı
Tramp: "İran ABŞ-a çatacaq raketlər hazırlayır"
Türkiyə İranda bufer zona yaradacaq? - Rəsmi Ankara qonşu ölkəni işğal xəbərinə reaksiya verdi
ÇL-də tarixi sürpriz - "İnter" elə komandaya uduzdu ki...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
Türkiyədə F-16 qəzaya uğradı - Pilot həlak olub
TELEKANALLARDAKI "YÜNGÜL VERİLİŞLƏR"İN YAYIMI DAYANDIRILDI
Rusiyanın sabiq prezidenti iki ölkəni nüvə bombasıyla hədələdi: "Əgər Ukraynaya nüvə silahı verilsə..."
ABŞ Yaxın Şərqə daha 150 qırıcı göndərdi - Son bir həftədə...
Kral: "Hava məkanımızı İrana qarşı istifadəyə icazə verməyəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Hakan Fidan Umerovla görüşüb
Ceyhun Bayramov səfirlərə iftar süfrəsi açıb - FOTO
İsrail və Livan sərhədçiləri atışıb
Ramazanın 7-ci gününün duası: imsak və iftar vaxtı
Nəriman Axunzadənin ABŞ klubuna transferi ləngiyir - Səfirlik hələ də viza müraciətinə cavab verməyib
İrandakı bəzi universitetlər distant təhsilə keçdi
PA rəsmilərinin mart ayı üzrə qəbul günləri - CƏDVƏL
Mauro İkardi saç düzümü dəyişdi - FOTO
550 illik xəyalların çöküşü... - Əli Cabbarov yazır
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman