Azərbaycan klubu İranda "inqilab" etdi

img

14-02-2014 [23:40]



İran kubokunda bu gün "Traktorsazi" ilə "Mes Kerman" klubları arasında final oyunu keçirilib.

"Bahonar" stadionunda keçirilən qarşılaşmada hesabı 51-ci dəqiqədə Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktorsazi" klubu açıb. Bu, görüşdə vurulan tək qol olub. Beləliklə, Təbriz təmsilçisi İran kubokunun sahibi olub.

Qeyd edək ki, qarşılaşmanın ən yaxşı futbolçusu yeganə qolun müəllifi olan Səid Degahay seçilib.

Əlavə edək ki, "Traktorsazi" bu kuboku qazanmaqla Asiya Çempionlar Liqasında oynamaq hüququ qazanıb(qol.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA