Polis müxətlif rayonlarda əməliyyat keçirdi, xeyli şəxs saxlanıldı - VİDEO/FOTO
KRİMİNAL
23.09.2021, 11:02
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək sosial şəbəkələrdə onlayn yolla satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Mia.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Aqil Həbibov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 75 qram tiryək, narkotik vasitələrin satışından əldə olunmuş pul vəsaitlərinin yükləndiyi plastik kart aşkar edilib. Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evdən isə 12 kiloqram heroin, 910 qram tiryək, 2 kiloqram 60 qram “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib:
"Yasamal rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Rüfət Əliyev və əvvəllər məhkum olunmuş Ülvi İsmayılov saxlanılıblar. Rüfət Əliyevdən 2 kiloqram 58 qram, Ülvi İsmayılovdan isə ümümilikdə 30 qrama yaxın heroin, metamfetamin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mir Museyib Yaqubov, tanışı Tehran Mustafayev, Dünya İsmayılova və Sumqayıt şəhər sakini Emil Məmmədov saxlanılıblar. Mir Museyib Yaqubov və Tehran Mustafayev üzərindən və yaşadıqları evlərdən ümimilikdə 1 kiloqram 766 qram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 30 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Keşlə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Dünya İsmayılovadan isə 12 qram, Emil Məmmədovdan isə 7 qram heroin aşkar edilib.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Aqil Həbibov, Rüfət Əliyev, Ülvi İsmayılov, Mir Museyib Yaqubov,Tehran Mustafayev,Dünya İsmayılova və Emil Məmmədovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri ölkə ərazisində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırıb digər dəyərli əmtəə nişanları formasında ölkə xaricinə çıxarmaq olub. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinı həyata keçiriblər.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları əsasında Xəzər və Binəqədi rayonlarında həyata keçirdikləri tədbirlər zamanı həyətyanı sahələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xələfəli Rəhmanov və İlqar Mədətov saxlanılıblar. Xələfəli Mədətovun Türkan qəsəbəsində yerləşən evinə baxış zamanı 4 kiloqram 257 qram qurudulmuş marixuana, çətənə kolları və elektron tərəzi aşkar edilib. İlqar Mədətovun Sulutəpə qəsəbəsindəki evindən isə 33 ədəd çətənə kolu və toxumları, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Bu şəxslər bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduqlarını və çətənə kolları satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiklərini bildiriblər.
Baş İdarənin Cənub və Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara, eləcə də Yevlax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıblar. Əməliyyat zamanı Astara rayon sakinləri əvvəllər məhkum olunmuş Şahin Məmmədov, İsfəndiyar Süleymanov və Yevlax rayon sakinləri İmran Qurbanovla, Babək Bağırov da saxlanılıblar. Şahin Məmmədovun üzərindən və yaşadığı evdən ümimilikdə 2 kiloqram 491 qram heroin və 1 ədəd tərəzi, İsfəndiyar Süleymanovdan isə 10 qrama yaxın heroin aşkar edilib. Əməliyat zamanı saxlanılan Şahin Məmmədov Astara və ətraf rayonlarda narkotik vasitələrin satışı və qaçaqmalçılığı ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas şəxslərdən biri olub. Onun atası “Tik-Tok” sosial şəbəkəsində barəsində guya ölkədə narkotik vasitələrin satışını həyata keçirməsinə baxmayaraq polis əməkdaşları tərəfindən saxlanılmaması barədə məlumatlar yayılan Rövşən Məmmədovdur.
Qeyd edək ki, narkotik vasitələrin qaçaqmalçılığı, eləcə də satışı ilə məşğul olan Rövşən Məmmədov bir neçə il əvvəl tutularaq məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə həbs edilib.
Digər əməliyyat tədbirləri zamanı saxlanılan İmran Qurbanov və Babək Bağırovun ətraflarında keçirilən əməliyyat zamanı isə onlardan Yevlax rayonu ərazisində əkdikləri və xüsusi qulluq edərək yetişdirdikləri 25 ədəd çətənə kolu aşlar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr və həblər, həmçinin 58 ədəd kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Bir daha vətəndaşları əmin etmək istəyirik ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotik vasitələrin onlayn, yəni sosial şəbəkələr vasitəsi ilə, eləcə də digər yollarla satışı ilə məşğul olan şəxslərin tapılaraq saxlanılması və məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək. Bu işdə əllərində məlumatı olan istənilən şəxs Nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək həmin materialları təqdim edə bilərlər. Əmin ola biərsiniz ki, istənilən müraciət hərtərəfli araşdırılır və anonimlik tam şəkildə təmin edilir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
UEFA "Fənərbağça"nın cəzasını azaltdı
Bugün, 21:59 İDMAN
-
Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR
Bugün, 21:20 İQTİSADİYYAT
-
NATO həyəcan siqanlı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)
Bugün, 21:20 GÜNDƏM
-
Prezident: "Hərbçilərin həlak olması xəbəri bizi son dərəcə sarsıtdı"
Bugün, 18:19 GÜNDƏM
-
PA-nın vəzifəli şəxslərinin oktyabr ayı üzrə - QƏBUL GÜNLƏRİ
Bugün, 18:10 GÜNDƏM
-
Nazir, Komitə sədri.. - Onların gələn ay üzrə qəbul günləri açıqlandı + CƏDVƏL
Bugün, 18:00 GÜNDƏM
-
Əli Əsədov büdcə ilə bağlı qərar imzalayıb
Bugün, 17:51 İQTİSADİYYAT
-
Ərdoğan "Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?" sualına belə cavab verdi
Bugün, 17:35 GÜNDƏM
-
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib
Bugün, 17:30 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir (Yenilənib)
Bugün, 17:21 CƏMİYYƏT
-
Burak Yılmaz Super Liqaya geri döndü
Bugün, 17:08 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki..." - Sahil Babayev
Bugün, 16:53 İQTİSADİYYAT
-
Zaur Hacıyev istefaya göndərildi
Bugün, 16:42 İDMAN
-
"Kristal”ın vergi borcu yaranıb
Bugün, 16:23 İQTİSADİYYAT
-
İngiltərədə it-pişik saxlayanlara xəbərdarlıq olundu - Gənə təhlükəsi
Bugün, 16:04 DÜNYA
-
Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verildi
Bugün, 15:47 PRESS
-
RƏİS MÜAVİNİNƏ GENERAL RÜTBƏSİ VERİLDİ - Sərəncam
Bugün, 15:36 GÜNDƏM
-
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
Bugün, 15:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb
Bugün, 15:29 GÜNDƏM
-
Qab-qazan, boşqab, bıçaq və “Siqaret çəkmək qadağandır” nişanı - Əmrullayev dövlətin 7 milyon manatını bunlara xərcləyəcək
Bugün, 15:14 İQTİSADİYYAT
-
VƏZİFƏDƏN AZAD OLUNAN İCRA BAŞÇISI TƏHSİL NAZİRİ TƏYİN EDİLDİ
Bugün, 15:05 GÜNDƏM
-
ABŞ əsgərləri niyə diz çökdü? - Çin liderinin təyyarədən eniş anında maraqlı hadisə yaşanıb (FOTO)
Bugün, 14:57 GÜNDƏM
-
İran ABŞ-ı yeni silahı ilə hədələyir: "Əgər bizə hücum olsa..."
Bugün, 14:41 DÜNYA
-
"Formula 1": Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş davam edir (YENİLƏNİB)
Bugün, 14:31 İDMAN
-
Almaniyada hadisə yerindən qaçan qadın polislər sistemdən qovulublar
Bugün, 14:25 DÜNYA
-
Bloger Sevinc Hüseynovaya cinayət işi açıldı - Müğənninin şikayəti əsasında
Bugün, 14:18 PRESS
-
Nazir Vilayət Eyvazov Ali Fidanı qəbul etdi - Nələr müzakirə olunub?
Bugün, 14:06 SİYASƏT
-
İnvestisiya Forumunda 11 yeni sənəd imzalandı - Prezident iştirakçılarına müraciət etdi + SİYAHI
Bugün, 14:06 GÜNDƏM
-
Mətbuat Şurasının qurultayına hazırlıq gedir
Bugün, 14:02 PRESS
-
Səudiyyə Ərəbistanıdan Türkiyə və Pakistanla təcili görüş tələbi... - Hərbi dəstək istəniləcək
Bugün, 13:55 GÜNDƏM
-
Şəhid qızının atası ilə söhbəti... - Seymur Verdizadə yazır
Bugün, 13:38 YAZARLAR
-
GÖMRÜKDƏ YOXLAMALAR: 2 nəfər vəzifədən azad olundu, general və polkovniklərə xəbərdarlıq olundu
Bugün, 13:33 İQTİSADİYYAT
-
Əli Kərimli və müavini barədə ibtidai istintaq başa çatıb
Bugün, 13:28 SİYASƏT