“ƏDV geri al” layihəsi çərçivəsində 120 milyon manat vəsait qaytarılıb
20-09-2021 [16:33]
Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir.
Mia.az Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913,04 manat həcmində ƏDV məbləği geri qaytarılıb. 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da “ƏDV geri al” layihəsinə olan kütləvi marağın göstəricisidir.
Xatırladaq ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.
Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər, əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin, təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının “Sərbəst satış”, “Satış”, “Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.
Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin www.edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir.
Qeyd edək ki, “Kapital Bank”ın “BirBank” və ya Azərbaycan Beynəlxalq Bankının “Iba mobile” tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.
Azərbaycan nefti 64 dollara düşdü - Daha iki dollar ucuzlaşıb
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
"Məni qəbul edəndə, dedi ki, çalış, pambıqla baş kəs" - Sabiq deputat Ramiz Mehdiyevdən yazdı
Xırdalanda 20 yaşlı gənc öldürülüb
Nuno Lima daha 4 il "Alanyaspor"da - Müqavilə yeniləndi
Tramp Çini təhdid etdi: "Yağ alışını dayandıracağıq"
Qətər DÇ-2026-ya vəsiqə qazandı
Türkiyənin U-18-ləri uduzub
DÇ-2026: yarışa qatılacaq 48 ölkədən 22-si bəllidir - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
RAMİZ MEHDİYEV HAKİMİYYƏTİ ƏLƏ KEÇİRMƏK İSTƏYİB: dövlətə xəyanət və... - PA-nn sabiq rəhbəri ev dustağı oldu (Yenilənib)
DÇ-2026: Osimhen atdı, Nigeriya pley-offa vəsiqə qazandı
Türkiyə BƏƏ ilə 1 milyard dollarlıq müqaviilə imzalayır
Ruben Vardanyan Bakıda hakim qarşısında - İfadələr dinlənildi
UEFA Çempionlar Liqasının formatını dəyişir - İlk oyun...
ABŞ İSRAİLİ SON ÇƏTİN VƏZİYYƏTDƏN QORUDU VƏ... - "Bu mərhələdə əsas hədəf isə heç şübhəsiz İrandır" (TƏHLİL)
Qəzzada hələ də döyüş gedir - Son 24 saatda 44 nəfər ölüb
İsrailin Misirlə sərhəddəki sərhəd keçid məntəqəsini açmayacaq
Bakı metrosunda izdiham - Saatlardır kart işləmir + FOTO
"Sədərək"də qoçuluq... - Yusif Qədimbəyli bu qədərmi "baş qaldırıb"?
Azərbaycan əhalisi artıb
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
Burak Özçiviti əvəzləyən aktyora hər bölüm üçün 122 min manat ödəniləcək - Anlaşma əldə olunub
Əslən şirvanlı Faiq Ukraynada həlak oldu
Sabiq icra başçısının həbs müddəti uzadılıb - Məhkəmə qərar verdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Belçikada işçilər işə çıxmaqdan imtina etdi - İctimai nəqliyyat iflic oldu, uçuşlar dayandı
Rövnəq Abdullayevin qayınatası vəfat edib
"RabitəBank" hesabatını açıqladı: nələr baş verir? - CƏDVƏL
Prezident İlham Əliyev daha bir qanunu imzalayıb
Prezident "Ozon qatını dağıdan maddələr haqqında" protokola Kiqali Düzəlişini təsdiqləyib
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
ATƏT sədri Bakıya niyə gəlmədi? - XİN-dən açıqlama
Aparıcı: "Necə sevinə bilərsiniz ki, o deport olunub?
"Belə bir adamı az qala “terrorçu” ediblər" - Namiqdən Aygünün başına toyda gələn olay haqda açıqlama (VİDEO)
Türkiyədə qatar mikroavtobusu vurub - 17 şagird yaralanıb
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizinin infrastrukturuna baxış keçirib
Venesuelada qızıl mədəni çöküb - 14 mədənçi ölüb
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq - SİYAHI