Müğənni Səyyad Əlizadə koronavirusa yoluxub, vəziyyəti ağırdı: "Hazırda reanimasiya şöbəsindədir və..."

img

13-09-2021 [17:25]


Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bunu Report-a müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşdı. Axşam təcili yardım çağırdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.

Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR