AFFA-dan “Neftçi”yə cərimə - 30200 manat

img

11-02-2014 [15:28]


AFFA İntizam Komitəsi bu gün növbəti iclasını keçirib. XXII Topaz Premyer Liqasının XX turunun "Xəzər Lənkəran” – "Neftçi” matçının 77-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. Oyunun 89-cu dəqiqəsində "Neftçi” klubunun futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə verəcək.Bundan başqa, görüşün 90+4-cü dəqiqəsində "Neftçi” klubunun digər bir futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat əlavə olaraq pul cəriməsi ödəyəcək.

Lakin cərimələr bununla da bitmir. Matçın bitməsinə saniyələr qalmış Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb və klub daha 4000 manat cərimə olunub

"Xəzər Lənkəran”da cərimələrdən asanlıqla yaxa qurtara bilməyəcək. Çünki 90+4-cü dəqiqəsində su Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəza alıb, klubu isə 2000 manat cərimələnib

Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanıb, "Flaqman” buna görə 2000 manat da cərimə ödəyəcək.

"Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA