Dövlət Xidmətinin sabiq rəisi hakim qarşısında: "Xahiş edirəm, Əbülfəs Qarayevi də buraya çağırın..."
10-09-2021 [11:58]
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sərdrliyi ilə keçirilən prosesdə şahid qismində "Azəraqrartikinti" ASC-nin filial müdiri Nüsrət Ömərov dindirilib.
Şahid ifadəsində bildirib ki, təmsil etdiyi şirkət Azərbaycan İncəsənət Muzeyində aparılan təmir işləri ilə bağlı elan olunan tenderdə qalib gəlib. Bundan sonra İncəsənət Muzeyində təmir-bərpa işləri üçün 31 milyon vəsait ayrılıb: "Nümayəndəsi olduğum şirkətin 300-400 nəfər işçisi var. Təmir işləri üçün İtalya şirkətini dəvət etmişdik. 12 milyon manat onların əmək haqlarına və burada yaşamalarına sərf olunub. Həmin muzeydə mühüm işlər görülüb. Xarici şirkət nümayəndələri burada qalmaq üçün özəl şərait tələb edirdi. Bu da xərc tələb edirdi"
Daha sonra hakim 31 milyon manatın böyük məbləğ olduğunu qeyd edərək, həmin məbləğin qarşılığında nəyə görə onların şirkətinin qalib olduğunu soruşub. Hakim bunu həmin məbləğə daha reytinqli və bu işdə mütəxəssis kimi tanınan şirkətləri təmir-bərpa işlərinə cəlb etməyin mümkünlüyü ilə əsaslandırıb. Şahid cavabında təmsil etdiyi şirkətin Milli İncəsənət Muzeyindən əvvəl digər dövlət əhəmiyyətli binaların da təmirini həyata keçirdiyini deyib. O, həmçinin bəzi işlərin nağd pul tələb etdiyini qeyd edərək, ayrılan vəsaitin bir qisminin nağdlaşdırıldığını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Zakir Sultanov həyata keçirilən bir çox işlərdən sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin də xəbəri olduğunu bildirərək məhkəməyə çağırılmasını istəyib: "Xahiş edirəm, Əbülfəs Qarayevi də buraya çağırın. Aparılan əsas işlərdə onun da iştirakı olub".
Növbəti proses sentyabrın 16-a təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.
Ali məktəblərə subsidiyalar artırılıb
"Mançester Yunayted" baş məşqçi ilə yolları ayırdı - SƏBƏB
Kamran Əliyev bu rayonda vətəndaşları qəbul edəcək
Xırdalanda tikinti şirkəti ağacları doğrayıb
Azərbaycanın 25 milyarddan çox borcu var
Leyla Əliyeva Omanda - FOTOLAR
MART AYINDA 17 GÜN İŞ OLMAYACAQ
"Sahil Babayev Saleh Məmmədova güzəşt etmək fikrində deyil" - AAYDA-da təftiş başlayıb?
“Araz-Naxçıvan”ın baş məşqçisinə köməkçilər təyin edilib
Ərdoğan: "Türkiyənin F-35 proqramına qayıtması..." - "Bizim üçün vacib olan etibarın qorunmasıdır"
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyədə maaş və pensiya artdı - Bu qədər
İstanbulda daha bir aktyor saxlanıldı - Narkotik ittihamı ilə
Ərəstun Oruclunun məhkəməsi: baxış təyin olundu
Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələndi - Biri ölüb, digərinin isə... (VİDEO, FOTO) - Yenilənib
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir
Bakı Fond Birjasının sədrinə müşavir təyin olunub
Xaçmazda iki il əvvəl törədilmiş qətlin üstü açılıb - İtkin düşmüş 38 yaşlı şəxsi güllələyiblərmiş
Maduronu qoruyan 32 kubalı hərbçi öldürülüb - Vitse-prezident Trampa "savaş deyil, əməkdaşlıq istəyirik" mesajı verdi
Bakının mərkəzində məktəbli belə vuruldu: azyaşlı can dərdində, sürücü isə... - VİDEO (Yenilənib)
Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı - SİYAHI
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Vəzifəli şəxsin meyiti qardaşının evində aşkarlanıb
MADURO və ARVADI BU GÜN HAKİM QARŞISINA ÇIXARILACAQ - 4 maddə ilə ittiham olunurlar
İsrail Livanda Hizbullah rəsmilərini dronla vurub
Tramp Çinə səfərə hazırlaşır - Açıqlama
Tramp: "Açığı, bu hücumun baş verdiyinə inanmıram"
"Temu" Azərbaycanda bloklanacaq? - Açıqlama + Etiraz doğuran FOTOLAR
Delsi Rodrigez ABŞ liderinə boyun əydi: "Bura bizim ərazimizdir" - Tramp daha iki ölkəni əməliyyatla hədələdi
"Porto" yenə qələbə qazandı
Yunanıstanda 90 uçuş təxirə salındı - Texniki problem yaranıb
Nigeriyada qayıq batdı - 25 nəfər ölüb,14 nəfər itkin düşüb
Türkiyədə göl belə donub - Mənfi 14 dərəcə şaxtada + FOTOLAR
"Qalatasaray" 27 yaşlı yarımmüdafiəçi ilə vidalaşdı - Açıqlama
"Deputatın "Pişik Günel"ə bağışladığı dubleks mənzil və ya "Mandalin baxçası" filmi..." - Sabiq icra başçısı yazır
Rəsmi Pekin: "Maduronu dərhal sərbəst buraxın!"
Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi ilə müzakirə aparıb: "Əməkdaşlığı daha da dərinləşdirmək istəyirik"
Qəzzada daha 3 nəfər həlak olub - Yaralılar var
TRAMP ONA MEYDAN OXUYAN MÜVƏQQƏTİ PREZİDENTİ TƏHDİD ETDİ: "Səni də götürdərəm, daha ağır bədəl ödəyərsən!"
"Liverpul" son saniyədə qələbəni əldən verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Venesuelanın müvəqqəti prezidenti: "Biz müstəmləkə olmayacağıq"
Gecikmiş qisas və ya klanların “taxt oyunları”...