KEÇMİŞ MİLLİ QƏHRƏMANA 6 BIÇAQ ZƏRBƏSİ VURULDU - Rasim Əkbərovu ölümcül vəziyyətə salan kimdir?

img

08-09-2021 [21:57]


Goranboy sakinini bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Rasim Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov saxlanılıb.

O, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb, ilkin dindirilmə zamanı R.Əkbərova 5-6 bıçaq zərbəsi vurduğunu deyib.

***

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs gənc oğlandır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Ancaq sonralar dövlət çevrilişinə cəhddə günahlandırılaraq 15 illik həbs cəzası alan R.Əkbərovun bu fəxri adı da ləğv olunub. Belə ki, Azərbaycan Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə R.Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR