Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-09-2021 [00:05]
Qoç - qətiyyətli və iradəli olun. Bu gün əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Bunun üçün fəndgir, çevik və hiyləgər olmalısınız. Qarşınıza qoyduğunuz məqsədlərə çata biləcəksiniz. Qəfil və gözlənilməz gəlirlər istisna deyil.
Günün ikinci yarısında kiçik, amma stabil gəlir mənbəyi aşkarlanacaq. Yaxınlarınızla ünsiyyətdə həssas və qayğıkeş olun. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Yaşam potensialının səviyyəsinin aşağı düşməsi istisna deyil. Adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız.
Buğa - çalışmaq və məqsədlərə çatmaq, peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün əla gündür. Rəqiblər və bədxahları asanlıqla üstələyə bilərsiniz. İşgüzar məziyyətləriniz diqqətdən yayınmayacaq. Dürüst davransanız, maraqlı təkliflər alacaqsınız. Təklifləri səsləndirən insanlarla çalışmaq sərfəli olduğu qədər də nüfuzludur.
Günün ikinci yarısında çoxdankı problemləri, ötənlərin mürəkkəb situsiyalarını müzakirə etsəniz, yaxınlarınızla münasibətlər sərinləşə bilər.
Axşam saatlarında səfər, səyahət və ya ekskursiyaya yollanmaq olar.
Əkizlər - asan gün deyil. Amma maraqlı zamandır. Yolunuzda yaranan sədləri çətinliklə də olsa, dəf edin. Uğurun sirri inadda və müttəfiq axtarışlarındadır. Ənənələri pozmayın, qaydalardan kənara çıxmayın, sınanmış yollarla irəliləyin. Orijinallığınızı dəyərləndirməyəcəklər.
Günün ikinci yarısında tələsik qərarlar verməyin. İmicinizə fikir verin.
Yeni tanışlıqlar asanlıqla baş tutacaq. Amma onlar ciddi münasibətlərə çevrilməyəcək. Bunu anlayın və illüziyalara qapılmayın. Ailədə pul və əmlak məsələlərinə görə mübahisələr, ixtilaflar ola bilər. Alış-verişdə çox pul xərcləməyin.
Xərçəng - günün ilk yarısında çətinliklər yaranacaq. Hər şeyi mürəkkəbləşdirməyin. İstənilən situasiyada fərqli, mübhəm məna aramayın. Hər sözdə ikinci məzmun axtarışına çıxmayın. Yaxın ətrafınızdakı insanların dediklərini dinləyin, amma bütün məsləhətlərə kor-koranə əməl etməyin. Belə məsləhətlərin çoxu yararlı deyil.
Günün ikinci yarısı müstəqil çalışmaq üçün yararlıdır. Problemlərin həllinə yaradıcı yanaşın. Rəqiblərlə müqayisədə tipik problemlərin həllini daha sürətlə gerçəkləşdirəcəksiniz. Alış-verişdə bədxərclik etməyin. Gəlirlər gecikə bilər.
Şir - köhnə problemlər hələ həll olunmadığı vaxtda yeni çətinliklər yaratmayın. Enerjinizi fərqli məcraya yönəldin. Belədə gün daha uğurlu olacaq. İşdə rəhbərliklə münasibətlərə fikir verin.
Nüfuzlu şəxslərlə təmaslarda diqqətli davranın.
Günün ikinci yarısında yaşamda və işlərdə yeniliklər etmək olar. Lazımi vaxtda lazımi yerdə olun. Dəyər verdiyiniz insanların sizinlə bağlı gözləntilərini doğrultmağa çalışın.
Axşam saatlarında şəxsi münasibətlərdə qəfil, spontan dəyişikliklər istisna deyil. Ailədə yeniliklər istisna deyil. Təşəbbüskar olun.
Qız - istənilən formada maliyyə məsələlərinin həlli ehtiyat tələb edir. Kommersiya fəaliyyətində sayıq və sərvaxt davranın. İmzaladığınız sənədləri diqqətlə yoxlayın. Səhvlər ola bilər. Danışıqlar və müzakirələr üçün pis gün deyil. Tərəfdaşlıq, əməkdaşlıq üçün pis gün deyil.
Günün ikinci yarısında önəmli qərar qəbul etməyə tələsməyin. Müsbət təmayüllərin təsiri güclənəcək. Köhnə problemlərdən birini həll etmək, sevdiyiniz insanlarla münasibətlərdəki sərinliyi aradan qaldırmaq olar. Axşam saatlarında gəzintiyə çıxın.
Yeni tanışlıqlar istisna deyil.
Tərəzi - asan və xoş gündür. Özünüzə çətinliklər yaratmasanız, problemlər olmayacaq. Təxəyyülünüz pis deyil. İdeyalarınızdan birini reallaşdıraraq real fayda əldə edə bilərsiniz. Köhnə problemlərin həllində yeni yanaşma nümayiş etdirin. İndiyədək sizə rəğbət bəsləməyən insanlarla münasibətləri normallaşdırın.
Günün ikinci yarısında intuisiyanız güclü olsun. Şəxsi münasibətlərdə sərvaxt davranın. Yaxınlarınızı anlamağa çalışın. Onların niyyət və istəklərindən xəbər tutun. Çətin, qarışıq situasiyalarda güzəştli çıxış yolu tapın. Yeni münasibətlərə başlamaq məsləhət deyil. Yaxınlarınız sizdən çoxsaylı güzəştlər tələb edirlər.
Əqrəb - müsbət təmayüllərin təsiri artacaq. Günün ilk yarısında müəyyən problemlər yarana bilər. Saatlar keçdikcə vəziyyət düzələcək. İşgüzar görüşlər pis keçməyəcək. Danışıqlarda qarşınıza qoyduğunuz məqsədə çatın.
Günün ikinci yarısında peşəkar təmaslarda diqqətli olun. Yeni iş yeri və ya sifarişlə bağlı müzakirələr aparmaq mümkündür.
Maraqlı tanışlıqlar, romantik macəralar istisna deyil. İllüziyalara aldanmayın, emosiyalara qapılmayın. Sevdiyiniz insanı sevindirin.
Axşam saatlarında pozitiv emosiyalar olacaq.
Oxatan - nə qədər ehtiyatlı olsanız, bir o qədər böyük uğurlara nail ola bilərsiniz. Əsas maraqlarınız iş və karyera ilə bağlı olmalıdır. İşgüzar təmaslarda həddən artıq diqqətli davranın. Yalnız öz maraqlarını düşünən fərdlər etibarınızdan sui-istifadə etməyə çalışacaqlar.
Belələri özlərini sizin müttəfiqiniz kimi göstərməyə çalışacaqlar.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda sərvaxt olun. Həmfikir və müttəfiqlərlə ünsiyyət üçün əlverişli zamandır. Kiçik səfərlər pis alınmayacaq.
Oğlaq - günün ilk yarısı asan zaman deyil. Çətinliklər çoxdur, problemlər az deyil. Maneələri qətiyyət və iradənizlə bahəm, dostların yardımları sayəsində dəf edə bilərsiniz. Mühüm saydığınız münasibətləri inkişaf etdirin. İşgüzar əlaqələri möhkəmləndirin.
Çətin anlarda müttəfiqlərinizin sizi atıb getməyəcəklərinə əmin olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə şübhəli davranmayın. Qısqanc olmayın. Heç bir səbəb olmadan aqressivlik nümayiş etdirməyin. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Axşam saatlarında normal istirahət edin.
Dolça - genişmiqyaslı, mürəkkəb və mühüm işlərlə məşğulsunuzsa, uğur qazana bilərsiniz. Haqlı olduğunuza əminsinizsə, qətiyyətlə davranın. Şübhələrə vaxt sərf etməyin. Dürüst qərarlar qəbul edin. Yaxın ətrafınızdakı insanlara yardım edin.
Günün ikinci yarısında işdə rəhbərliklə münasibətlərdə diqqətli olun. Rəhbərlik sizə yeni tapşırıqlar verəcək. İşlərin başa çatdırılması üçün vaxtınızı bərabər paylaşdırın.
Axşam saatlarına yaxın çox çalışmaq gərək deyil. Yaxınlarınızın sizin diqqətinizə ehtiyacı var. İfrat yorğunluq səhhətinizdə problemlər yarana bilər.
Balıqlar - təlaş, narahatlıq və əndişə üçün heç bir səbəb yoxdur. Gün uğurludur. Genişmiqyaslı planlar üçün əlverişli zaman deyil. Uğurlar gözləntilərinizdən də böyük olacaq. Maraqlı və sərfəli işgüzar təkliflər ala bilərsiniz. Potensial tərəfdaşlar və iş yeri sahibləri ilə ünsiyyət üçün yaxşı zamandır.
Günün ikinci yarısında yeni iş yerinin axtarışlarına çıxa bilərsiniz.
Müsbət təmayüllərin güclənməsi şəxsi həyatınıza təsir edəcək. Yaşananlar sizi sevindirəcək. Ciddi və müsbət dəyişikliklər istisna deyil. Maraqlandığınız insanların xoşuna gəlmək üçün ifrat səylərə lüzum yoxdur. Təbii olsanız, xoş təəssürat yaradacaqsınız.
Milli.Az
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...