"Yenə cərimələr, yenə onlayn dərs. Nə dəyişib bu 2 ildə?" - Müğənnidən etiraz

img

05-09-2021 [09:23]


“Məktəbləri yenə onlayn sistemə keçirdilər. Bizim uşaqların həyatını məhvə aparırlar bu qərarlarla. Uşaqların onlayn aldıqları təhsil onları şikəst edir”.

Bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

O, dərslərin yenidən onlayn sistemdə keçiriləcəyini bildirib:

Bütün günü kompüterin qabağında, evdə başqa uşaqlarla ünsiyyətsiz. İşə gedən valideyinlər nə etsin? Dayə tutmağa imkanı çatmayanlar, interneti, kompüter və planşet almağa imkanı olmayanlar nə etsin?

Vaksini demək olar ki, məcburi ediblər. Bu qədər insan vaksin vurub. Yenə cərimələr, yenə onlayn dərs. Nə dəyişib bu 2 ildə? İnsanlar əsəb və qorxu içində. Hara gedir sonumuz?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA