"Qarabağ" liderliyə yüksəldi, "İnter" qələbə qazandı

img

08-02-2014 [22:18]


Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib. Turun mərkəzi oyununda Qəbələnin eyniadlı komandası Ağdamın "Qarabağ" klubunu qəbul edib.

 Mia.az xəbər verir ki, bu görüşdə Reynaldonun vurduğu yeganə qolla qələbə qazanan "Qarabağ" klubu liderliyə yüksəlib. Əgər sabah «Neftçi» «Xəzər-Lənkəran» səfərindən qalib ayrıla bilməsə, o zaman Qurban Qurbanovun yetirmələri liderlik kürsüsündə ən azı növbəti həftə qədər qalacaq. 

 Digər oyunlarda "Rəvan" "İnter"i qəbul edib və rəqibinə 1:2 hesabı ilə uduzub. 

 AZAL isə öz meydanında "Sumqayıt"ın müqavimətini qıra bilməyib - 2:2.

 Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq:

 15:00. Simurq – Bakı

 16:00. Xəzər-Lənkəran – Neftçi


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA