Şirvan şəhərində şəhidlərin xatirəsini əks etdirən müasir tipli monitorun açılışı olub - FOTOLAR
26-08-2021 [20:41]
Şirvan şəhərində şəhidlərin xatirəsini əks etdirən yeni, müasir tipli monitorun açılışı olub.
Mia.az xəbər verir ki, 26 avqust 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və şəhid ailələri ilə birlikdə Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət edib.
Tədbir iştirakçıları 1-ci Qarabağ müharibəsi zamanı itkin düşənlərin xatirəsinə ucaldılmış abidəni və şəhid məzarlarını ziyarət edərək, önünə tər qərənfillər düzüb, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyiblər. Sonra şəhər məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəyə uyğun olaraq hər ayın sonuncu cümə axşamında olduğu kimi Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşüb, onlara belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün təşəkkürünü və minnətdarlığını bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsində Müzəffər Ordumuzun və Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi xidmətlərindən danışıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhər icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkili şöbəsinin yaradılmasının şəhid və qazi ailələrinə dövlət qayğısının təzahürü olduğunu bildirib. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, olunan köməkliklərdən, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən bəhs edib. Şəhid ailələrini narahat edən məsələlərlə tanış olub, həll olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
İlqar Abbasov avqustun 26-da Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ad gününün qeyd olunduğunu diqqətə çatdırıb və bu münasibətlə şəhər ictimaiyyəti və şəhid ailələri adından Birinci xanımı təbrik edib. Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, ona cənab Prezidentlə birlikdə ölkəmizin daha da inkişafı və çiçəklənməsu yolunda müvəffəqiyyət, can sağlığı və xoşbəxtlik arzulayıb.
Daha sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhid ailələrinin və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə şəhərin mərkəzi meydanında Şirvan şəhidlərinin xatirəsini əks etdirən yeni, müasir tipli monitorun açılışı olub. Hər bir şəhidin şəkli və haqqında məlumatın silsilə şəkildə təqdim olunduğu monitor şəhid ailələri və tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanıb.
Şəhid ailələri Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərinə, şəhidlərə, şəhid ailələrinə olunan həssas ehtirama, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər