HƏR AY "HAQQ" VERƏN RƏİSLƏR... - Məhkəmədə nazirini satmayan müavin istintaqa nələr deyib?
26-08-2021 [20:43]
Mədəniyyət nazirinin keçmiş müavini, korrupsiyada və rüşvət almaqda təqsirli bilinərək bu günlərdə barəsində 8 il həbs cəzası verilən Rafiq Bayramov pulları tək yeməyib, istintaq materiallarında deyildiyi kimi, “otkat” və aylıq haqq olaraq ona çatdırılan pulları nazir Əbülfəz Qarayevə verib. Əbülfəz Qarayev isə bu pullardan 15-20 faizini öz müavininə geri qaytarıb.
Mia.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu sensasion məqamlar Rafiq Bayramovun işi üzrə istintaq materiallarında yer alır.
R.Bayramov məhkəmədə son söz deyərkən günahsız olduğunu, heç kimdən rüşvət almadığını bildirib. Amma öz nazirini də ələ verməyib, yəni onun adını çəkməyib. Lakin istintaq materiallarına əsasən R.Bayramov Mədəniyyət Nazirliyinin yerli idarələrindən, musiqi məktəblərindən yığılan aylıq haqqın və təmir-bərpa işləri üçün şirkətlərə ödənilən pullardan gələn “otkat”ın hamısının Ə.Qarayevə çatdırdığını etiraf edib. Və bildirib ki, bu pullardan ona çatan 15-20 faiz olub.
Beləliklə, istintaq materiallarında deyilir ki, R.Bayramov 2018-ci ildə mədəniyyət naziri Əbülfəz Qarayevlə razılaşdırmaqla regional idarələrin müdirlərinə musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırılmasını və yaranan fərqin nağdlaşdırılaraq pul şəkilində ona çatdırılmasını təşkil etməyi tapşırıb. Bu sxem işə düşəndən sonra pullar ya R.Bayramovun özünə, ya da nazirliyin şöbə müdiri Pərvin İsgəndərliyə çatdırılıb.
Yerli idarələrin müdirlərinin çatdırdığı aylıq haqq isə bu və ya digər rayonda yerləşən musiqi məktəblərinin, orada işləyən müəllimlərin sayından asılı olub. Məsələn, Sumqayıt regional mədəniyyət idarəsinin rəisi ayda 10-12 min(rəqəmlər təxminidir), Xaçmaz regional idarəsinin rəisi ayda 4 min, İsmayıllı regional idarəsinin rəisi ayda 15 min, Kürdəmir regional idarəsinin rəisi ayda 7-9.5 min , Ağstafa regional idarəsinin rəisi ayda 2 min, Şəmkir regional idarəsinin rəisi ayda 10-13 min, Gəncə regional idarəsinin rəisi ayda təxminən 12 min, Ağdaş regional idarəsinin rəisi ayda təxminən 2 min, Biləsuvar regional idarəsinin rəisi ayda təxminən 1-2 min, Masallı, Sabirabad və Lənkəran regional idarələrinin rəisləri ayda təxminən 500 manat veriblər.
Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8 min, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5 min manat, Şəki regional idarəsinin rəisi ayda təxminən 2 min göndərib. Beləliklə, regional idarələrin rəislərindən yığılan aylıq haqq təxminən 60-65 min manat təşkil edib. (iyul-avqust tətil ayları istisna olmaqla)
R.Bayramov 2019-cu ildə bu sxemlə cəmi 550-600 min manat toplayıb və həmin pulları il ərzində hissə-hissə olmaqla Əbülfəz Qarayevə verib. Əbülfəz Qarayev isə bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarıb. R.Bayramov deyib ki, həmin pulun bir qismini hər ay “mükafat şəklində” öz işçilərinə paylayıb. 2020-ci ildə isə göstərilən sxem üzrə regional idarələrin rəislərindən aylıq haqqı ancaq fevral ayı üçün (63 min manat) ala bilib. Bu pulun alındığını nazir müavininin çantasından çıxan qeydlər də təsdiqləyib.

Amma necə olubsa R.Bayramov 2020-ci ilin fevralından etibarən regional idarələrin rəislərindən aylıq haqq yığılmasını dayandırıb, onlara “bu neqativ halı dayandırmağı” tapşırıb.
Həmin il mayın 8-də (DTX tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilən gün,-red.) Şəmkir regional mədəniyyət idarəsinin rəisi Höccət Əsədullayev Rafiq Bayramovun kabinetinə gəlib. İstintaq materiallarında deyildiyi kimi, söhbət əsnasında ona pul şəkilində “hörmət” vermək istəyib. R.Bayramov məbləğin nə qədər olduğunu bilməyib və pulu götürməkdən imtina edib. Höccət isə onunla höccətləşib, pulu “heç olmasa sürücüyə çatdırmağa icazə verməyi” istəyib. R.Bayramov buna etiraz etməyib, Höccət otaqdan çıxan kimi DTX əməkdaşları onun kabinetinə daxil olublar və axtarış keçiriblər.
R.Bayramov Mədəniyyət Nazirliyində qurulan başqa “otkat” sxemini də izah edib. Bu sxemə əsasən regional idarələrin rəisləri cari təmir işlərinin aparılması üçün ayrılan pulların 10 faizini özləri “otkat” şəklində alırdılar. Daha 10 faiz isə şəxsən onun özünə ya regional idarələrin rəisləri, ya da tenderlərdə qalib gəlmiş “tanış şirkətlərin” rəhbərləri tərəfindən çatdırılırdı. Bu sxemlə 2019-cu ildə R.Bayramova cari təmirə ayrılan 1.5 milyon manatın 10 faizi, yəni 150 min manat çatdırılıb. Həmin vəsaiti də hissə-hissə, il ərzində Əbülfəz Qarayevə verib. Nazir isə pulun 15-20 faizini ona qaytarıb.
2020-ci ildə cari təmir işləri üçün 2.3 milyon manat nəzərdə tutulsa da pandemiya bu korrupsiya sxeminin işini pozub-tenderlər keçirilməyib, pulları ayrılmayıb, nəticədə “otkat” da gəlməyib.

R.Bayramov habelə nazirlikdə kurasiya etdiyi nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün 2019-cu ildə xərclənən 290 min manatdan 30 min manat “otkat” alıb.
2020-ci ildə bu işlərə yenidən 400 min manat ayrılıb, həmin işlərin görülməsi üçün tenderlər elan edilib. Tenderdə qalib gələn MMC-yə ilkin olaraq 50 min manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 21.300 manat “otkat” şəkilində şirkət rəhbəri tərəfindən mayın 6-da şəxsən xidməti otağında Rafiq Bayramova verilib. Həmin pullar iki gün sonra DTX əməkdaşları tərəfindən nazir müavininin seyfində tapılıb.
R.Bayramov 2015-2017-ci illərdə nazirlikdə aparat rəhbəri işləyəndə də bu kimi işlərdən “otkat”lar (31 min və 14 min manat) alıb, amma bu pulları nazirlə bölüşdürməyib. Nazirlə pulların bölüşdürülməsi 2018-ci ildən başlayıb.
Bütün bunlar istintaq materiallarında Rafiq Bayramovun dindirilməsi nəticəsində toplanıb, amma maraqlıdır ki, keçmiş nazirə qarşı ittiham irəli sürülməyib. O cümlədən məhkəmədə onun dindirilməsi, ifadəsinin alınması baş verməyib.../virtualaz.org
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib