ABŞ-ın YENİ ƏFQANISTAN STRATEGİYASI: Çinə qarşı İslam dünyası ilə ittifaq?
24-08-2021 [17:50]
Elxan ŞÜKÜRLÜ
***
ABŞ-ın “imperiyalar bataqlığı” adalandırılan Əfqanıstandan ordusunu çıxarmasının və hakimiyyəti terrorçu saydığı “Taliban”ın öhdəsinə buraxmasının rəsmi Vaşinqtonun məğlubiyyəti kimi qələmə verilməsi doğru deyil.
Unuduruq ki, ənənəvi rəqiblərini - Çin-Rusiya-İran üçbucağını davamlı nəzarətdə və təsir altında saxlamağa imkan verən bu strateji məkana – Əfqanıstana 2001-ci ildə ABŞ hərbçilərinin sürətlə gəlişini təmin edən elə məhz “Taliban” olmuşdu.
İndi isə ABŞ Əfqanıstanı onu bölgəyə gətirən qüvvəyə təhvil verir - özü də istəyinə nail olmuş şəkildə və çox rahatca.
Xatırladq ki, ABŞ qoşunlarının Əfqanıstandan konkret müddət ərzində çıxarılması Prezident Obama (demokratlar) dövründə həmişə aktual olub. Bu işə əsas məsul şəxslərdən biri isə 2009-2013-cü illərdə ABŞ-ın dövlət ktibi postunu tutan Hillari Klinton olub.
Hillari Klinton 2014-cü ildə nəşr olunan “Çətin seçimlər” adlı kitabında ABŞ-ın Əfqanıstandan çıxmaq haqda strategiyasından geniş bəhs edib.
Kitabı oxuduqdan sonra aydınlaşır ki, Pakistanın İSİ adlı kəşfiyyat xidməti tərəfindən qurulan “Taliban”la məxfi danışıqlar və onların Əfqanıstanda möhkəmləndirilməsi işi hələ 2009-cu ildə başlayıb. İşin içində hazırki prezident və o vaxt vitse-prezident olan Co Bayden də var imiş – o, prezident Obamanın yanında keçirilən müşavirələrdə həmişə Əfqanıstana əlavə qoşun göndərilməsinə, İraq variantının tətbiqinə qarşı çıxırmış...
Ancaq Əfqanıstan məsələsində danışıqları uğurla aparmaq üçün əsas iş Əfqanıstan və Pakistanı çox yaxşı bilən, üstəlik, Bosniya və Hersoqovinada müharibəyə son qoymuş “Deyton sazişi”nin müəllifi, peşəkar diplomat olan xüsusi nümayəndə Riçard Holbruka və komandasına həvalə edilir.
Holbruk hesab edirdi ki, ABŞ Əfqanıstanda öz maraqlarını qorumaq istəyirsə, mütləq Pakistanla Əfqanıstan arasında yaxınlaşmaya çalışmalı, bunun üçünsə hələ 1960-cı illərdən gündəlikdə olan, ancaq tamamlanmayan tranzit ticarət razılaşmasının imzalanmasına nail olmalı və bu da öz növbəsində digər qapıları açmalıdır. Elə onun istəyi və Hillari Klintonun iştirakıyla da 2010-cu ilin iyulunda İslamabadda bu mühüm addım atılır, saziş imzalanır.
Beləliklə, ABŞ-ın “Yeni İpək Yolu” adlandırdığı bir təsəvvürün, layihənin gerçəkləşdirilməsinə başlanılır – Əfqanıstan nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi əsas məkanlardan biri kimi, bütün qonşularının üzünə açılacaq, Xəzərdən Kəraçi limanınadək uzanan dəhlizin işləkliyi təmin ediləcəkdi...
Bunun üçünsə bu yolların təhlükəsizliyində önəmli rol oynayan “Taliban”la o zamanadək məxfi kanallarla aparılan danışıqların artıq açıq diplomatik təmaslara keçilməsinə qərar verilir...
Maraqlıdır ki, məhz “Taliban”la müəyyən razılaşmalardan sonra “Əl-Qaidə” lideri Üsmə bin Laden əfsanəsi də qapadılır – onun 2011-ci ilin mayında Pakistanın Abbotabad şəhərindəki düşərgədə ABŞ xüsusi təyinatlıları tərəfindən qətlə yetirildiyi xəbəri, görüntülər yayılır. Vaxtilə Bin Ladeni gizlədən və qoruyan “Taliban”la münasibətlər isə yeni mərhələyə keçir, hətta ABŞ-ın vasitəçiliyi ilə ona Qətərdə siyasi ofis də açırlar...
... Beləliklə, Əfqanıstanın tarixini, burada yaradılan etnik-dini təşkilatların əlaqələrini, aralarındakı ideoloji oxşarlıqları və fərqlilikləri də dərindən araşdırdıqda, ortaya çıxan mənzərə budur ki, hazırda Əfqanıstan İslam Respublikasının yerinə gətirilən "taliban"çı Əfqanıstan İslam Əmirliyi, əslində, ABŞ-ın Böyük Mərkəzi Asiya layihəsində yer alacaq çox böyük bir oyunçudur.
Bu oyunçunun əliylə ABŞ təkcə Mərkəzi Asiyaya yayılmaq və əsas rəqibi Çinin içərisinə, xüsusən də müsəlmanların daha çox yaşadığı bölgələrə nüfuz eməklə kifayətlənməyəcək, həm də Çini iki köhnə müttəfiqindən – Rusiya və İrandan qoparmağa, ayırmağa çalışcaq.
Çin yaxşı bilir ki, ABŞ onun qərbə axınının qarşısını yalnız Mərkəzi Asiyada radikal İslam faktorunu gücləndirmək və buna da illər uzunu hazırlıq apardığı Əfqanıstandan başlamaq yolu ilə ala bilər. Çünki Çinin hüdudsuz sərmayə ilə özünə bağlamağa və torpaqlarının ələ keçirməyə çalışdığı Mərkəzi Asiya respublikalarında son illər radikal islam sürətlə yayılır və Əfqanıstanda qurulan İslam Əmirliyi tezliklə bu respublikaların hamısı üçün cəlbedici örnəyə çevrilə bilər. Axı Əfqanıstan yeganə yerdir ki, çinliləri “yəcuc-məcuc” sayır və onlarla savaşı həm də müqəddəs bir dini vəzifə olaraq görürlər.
Əfqanıstanla birbaşa sərhədə malik Tacikistan, Özbəkistan və Türkmənistan isə təkcə əhalisinin sünni məzhəbindən olması sarıdan deyil, həm də korrupsiya və rüşvətxorluğun, ədalətsiz idarəetmənin mövcudluğu səbəbindən “Taliban”ın teziklə güclənə biləcəyi respublikalar sırasında gəlir.
“Taliban” Rusiyanın da qorxulu röyasıdır və rəsmi Kreml cənub sərhədləri boyu radikal islamın yenidən vüsət alacağından və bunun xüsusən də Şimali Qafqaza sıçrayacağından çox narahatdır. Bu səbəbdən KTM-ni gücləndirmək, ona da tezliklə Azərbaycanı və Pakistanı cəlb etmək istəyir.
Eyni qorxunu Əfqanıstan və Pakistanla böyük sərhədə malik şiə İran da yaşayır. O, bu ölkələrlə sərhədlərini nə qədər gücləndirməyə çalışsa da, ərazisindəki sünni əhali üçün "Taliban"ın necə bir cəlbedici gücə çevrildiyini çox yaxşı görür...
Şübhəsiz ki, Əfqanıstandakı bu durum həm Rusiya, həm də İranı ABŞ-la əlaqələrdə yeni münasibətlərə sövq edəcək. Onlar yaxşı görürlər ki, ABŞ bölgəyə məhz Britaniya kəşfiyyatçısı, islamşünas Bernard Lyuisin “Bu coğrafiyanın açarı İslamdır, ora ancaq İslamla girmək mümkündür” tövsiyəsi ilə gəlir və bu dəfə “Taliban”a daha böyük missiya həvalə edilib.
ABŞ, faktiki olaraq, Mərkəzi Asiyada əsas rəqibi Çinə qarşı indi İslam dünyasını öz yanına almağa çalışır. Bu işdə də iki ölkə - Pakistan və Türkiyə çox önəmli rol oynayır. O ölkələr ki, 44 günlük Qarabağ savaşında bayraqları Azərbaycan bayrağı ilə yanaşı asılmışdı...
MİA.AZ
"Porto" yenə qələbə qazandı
Yunanıstanda 90 uçuş təxirə salındı - Texniki problem yaranıb
Nigeriyada qayıq batdı - 25 nəfər ölüb,14 nəfər itkin düşüb
Türkiyədə göl belə donub - Mənfi 14 dərəcə şaxtada + FOTOLAR
"Qalatasaray" 27 yaşlı yarımmüdafiəçi ilə vidalaşdı - Açıqlama
"Deputatın "Pişik Günel"ə bağışladığı dubleks mənzil və ya "Mandalin baxçası" filmi..." - Sabiq icra başçısı yazır
Rəsmi Pekin: "Maduronu dərhal sərbəst buraxın!"
Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi ilə müzakirə aparıb: "Əməkdaşlığı daha da dərinləşdirmək istəyirik"
Qəzzada daha 3 nəfər həlak olub - Yaralılar var
Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələndi - Biri ölüb, digərinin isə...
TRAMP ONA MEYDAN OXUYAN MÜVƏQQƏTİ PREZİDENTİ TƏHDİD ETDİ: "Səni də götürdərəm, daha ağır bədəl ödəyərsən!"
"Liverpul" son saniyədə qələbəni əldən verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Venesuelanın müvəqqəti prezidenti: "Biz müstəmləkə olmayacağıq"
Gecikmiş qisas və ya klanların “taxt oyunları”...
İdman geyimində, çəkələkdə, əlləri və ayaqları qandallı, gözü qapalı... - Maduro axsaq halda Nyu-Yorka gətirildi (VİDEO)
Maduronun vəzifəsini kim icra edir? - Qərar verildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
TRAMP VENESUELADAN ÇIXMAYACAQLARINI DEYİR: "Neft zavodlarını bərpa edəcəyik və..." - "Müxalif lider yetərli hörmətə sahib deyil"
"Etiraz əsaslıdır, lakin etiraz iğtişaş demək deyil" - İranın ali dini liderindən aksiyalar barədə açıqlama
Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır
Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şahdağda - "Bu gün babamla xizək sürdük” + FOTOLAR
"Azərbaycan Dəmir Yolları"da yanacaq və yağ oğurluğu: iki vəzifəli şəxs həbs edilib
Aİ-dən ABŞ-ın Maduronu ələ keçirməsinə dəstək gəldi - Açıqlama
Sabah külək güclənəcək - Xəbərdarlıq
"Görün rejim nə qədər çürük imiş ki..." - Maduro və arvadının ölkələrində ələ keçirilməsinə maraqlı şərh verildi
Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Azərbaycan şirkətinin tikdiyi körpü uçub
"Temu"da hiddət doğuran hərəkət: boykot çağrışı artır - Satışa çıxarılan bu məhsullar azərbaycanlıları qəzəbləndirdi (FOTOLAR)
ABŞ VENESUELA PREZİDENTİ İLƏ ARVADINI ƏLƏ KEÇİRİB - Tramp onların ölkədən çıxarıldığını deyib (FOTO)
ABŞ BU ÖLKƏNİ BOMBALAYIB: Prezident sarayı, müdafiə nazirinin evi, hərbi və neft zavodları... (YENLƏNİB)
Sabiq deputatdan icra başçısının müğənninin dalyıca düşməsinə sərt reaksiya: "Allahın Kim Kardaşyanı..." - "Bu, nə bambıllıqdı?!"
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan nefti 64 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YANVAR AYINDA KİMİ HANSI SÜRPRİZ GÖZLƏYİR? - Bürclər
"Kimə oxşayacaqsınız ki?" - Röya "Mən yaşaya bilən qızam” deyir
“Bolmart”la Agentlik arasında qalmaqal yaranıb
Bakıda külək binanın fasadını sökdü - VİDEO
Qazsız bayram, süni intellekt əsaslı çökən sistem və ötürülən məsuliyyət... - Osman GÜNDÜZ YAZIR
"Ciddi işlər aparılır" - “Azəriqaz”dan bəzi qaz sayğaclarına pul yüklənməsində yaranan problemə reaksiyalar (YENİLƏNİB)
ADNAN ƏHMƏDZADƏNİN NƏ QƏDƏR SƏRVƏTİ VAR? - Şok rəqəm açıqlandı
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev