Xalq artisti Alim Qasımovun kürəkəni həbs olunub - OĞURLUQ İTTİHAMI İLƏ

img

24-08-2021 [15:21]


Xalq artisti Alim Qasımovun kürəkəni həbs olunub.

Məlumata görə, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.

Növbəti iclas sentyabrın 30-a təyin olunub.

Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4. (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ittiham olunur/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR