Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-08-2021 [00:19]
Qoç - Oberon və Mirandanın münasibətləri zəngin emosional fonlu gün vəd edir. Hadisələrin inkişaf məcrası sizin nüansları sezmək və görmək bacarığınızdan asıldıır.
Böyük, ciddi yeniliklər olmayacaq, sizdən əlahiddə səylər tələb edilməyəcək. Yaxın insanların işlərinə qatılın, onlara yarldım edin. Həmkarlarınızı narahat edən məsələləri müzakirə edin.
İfrat emosionallıq və hisslər sizdən fəal davranış, əməl və qərarlar tələb edir.
İş yerində qayda yaradın.
Evdə isə sadə, səmimi olun.
Buğa - Kallisto və Leda xəbərlər, təmaslar və əlaqələrlə bol gün vəd edir. Nəyisə təşkil etmək, aramaq, məlumat axtarmaq lazım olacaq.
İşlərinizin effektivliyinin orta həddən aşağıya düşməsinə imkan verməyin.
Eyni vaxtda bir neçə işlə məşğul olaraq fikrinizi dağıtmayın.
Sabah görmək istədiyiniz işlərin planını indidən hazırlayın ki, sonradan axsama və ya ləngimələr olmasın.
İstirahəti azaldaraq intensiv çalışın.
Sizə yaxın olan insanlar problemləri barədə heç nə deməsələr belə, onların qayğısına qalın.
Əkizlər - Umbriel və Titanianın münasibətləri sizi bir qədər geriyə qaytaracaq. Nigaranlıq, narahatlıq, qayğı hissləri yaranacaq. Yaxın ətrafınızdakı insanların davranış və sözlərindən narazı qala bilərsiniz. Əmin olmadığınız məsələlərdə inadkarlıq etməyin.
Günün məşğuliyyəti əhvalınız kimi qəflətən dəyişə bilər.
Ətrafınızdakı insanlara qarşı tələblərlə çıxış etməyin, milçəyi filə çevirməyin. Əks təqdirdə vəziyyət daha da ağırlaşa bilər.
Yaxın bildiyiniz insanların bəzi zəiflik və səhvlərini bağışlayın. Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
İmkan olarsa, alış-veriş edin.
Xərçəng - Enselad və Titanın münasibətləri bu gün sizdən ehtiyatlı davranmağı istəyir. Yaşananları, baş verənləri diqqətlə müşahidə edin, sadəlövhcəsinə davranmayın.
İllüziyalar aləminə qapılmayın, vaxtınızı şəxsi maraqlarınıza həsr etməyin.
Yardımınıza, məhz indi dəstəyinizə ehtiyac duyan insan var.
Qarşı tərəfin maraqlarını nəzərə almayaraq öz hiss və mənafenizi hər şeydən üstün tutsanız, inciklik və kobudluqla qarşılaşacaqsınız.
İntuisiyanızla məsləhətləşin, amma ilk emosiyalara aldanmayın.
Qərar qəbul edəndə yaxşıca fikirləşin. Kiməsə tapşırıq verəndə səlis və aydın danışın.
Problemlərin formasına rəğmən, onları müzakirə edin.
Şir - Günəş və Neptunun münasibətləri diqqətinizi praktik müstəvidən kənarlaşdıra bilər. Təhlükəsizliyi düşünün, böyük riskə getməyin, çox iş görməyə tələsməyin. Bir istiqamətdə hərəkət edin, yaranan imkanları dəyərləndirin. Yaşamınızda aktual olan məsələlərə yaradıcı yanaşın.
Gərəksiz sərtliyə, tələsik qərarlara yol verməyin. Əks təqdirdə təmaslar və əlaqələrin ənənəvi stili pozulacaq, problemlər yarana biləcək yöndə hadisələr sürətlənəcək.
Maliyyə məsələlərinə xüsusi fikir verin. Bəzi öhdəlikləri və vədləri yerinə yetirə bilmirsinizsə, bunu iş yoldaşlarınız, dostlarınız və ya tanışlarınıza bildirin.
Onlar imkan yaranana qədər gözləsələr, pis olmaz.
Qız - Andromeda və Fobosun münasibətləri hadisələrin gedişatında qəfil məqamların yaranmasına səbəb olur.
Möhtəşəm planlarınız olsa da, hələlik onların vaxtı deyil.
Diqqətinizi bir məqsədə, bir işə yönəldin və onun nəticələrinə nail olmağa səy göstərin. Perspektivlər aydın deyil. İş yoldaşları və tərəfdaşlarınız sizi diqqətlə dinləmirlər.
Bu günü bəzi məsələləri daha yaxşı anlamaq, məğzə varmaq üçün əlverişli dövr sayın.
Narahatlıq varsa, müvəqqəti olaraq başqa işlə məşğul olun.
Ola bilər ki, ehtiyac duyduğunuz nəsnəni indi tapasınız. Bəzi problemləriniz sizin iştirakınız olmadan həllini tapacaq.
Tərəzi - İo və Kallistonun münasibətləri əvvəlki vaxtlarla müqayisədə daha çox səy, zəhmətkeşlik tələb edəcək. Sərfəli və gəlirli, lazım saydığınız işlərin hamısını görməyə çətinlik çəkəcəksiniz.
Xaotik fəallıq etməyin, birbaşa öhdəliklərinizi yerinə yetirməyə mane ola biləcək təşəbbüslərə qatılmayın.
Perspektivlər, karyera, iş yeri ilə bağlı səbəbsiz, motivsiz nigaranlıq hissləri yarana bilər.
İşgüzar ambisiyalarınızı arxa plana salın, ailə və sevdiyiniz insanın mənafelərini ön plana çəkin.
Parlaq və güclü təəssüratlar istəsəniz də, bu gün həyat güzəşt, soyuqqanlı olmağı, başqalarının işlərində köməyi tələb edir.
Xırdalıqları və detalları diqqətlə yoxlayın, önəmli məqamları nəzarətsiz qoymayın.
Əqrəb - Haron və Tritonun münasibətləri hisslərdə gərilmə vəd edir. Qarışıqlıq və yubanmalar bəzi işləri vaxtında görməyə mane olacaq. Mühüm işdə təxirəsalma yarana bilər.
Fikirləriniz cari işlərdən çox kənarda olmasın, fantaziya və xəyallar şüurunuza hakim kəsilməsin.
Konkret məqsədlərə çatmağa çalışdığınız vaxtda bəzi niyyətləriniz reallaşmaya bilər.
Mühüm saydığınız işlərdən birini təxirə salın. Nigaranlıq və ya gərginlik hiss edəcəyinizi düşündüyünüz görüşə qatılmayın.
Şəxsi həyat ön plana çıxacaq. Adi kanallardan yan keçməklə durum, mövqe, perspektiv və ya qüvvənizi artıra biləcək məlumatlar ala bilərsiniz. Yaradıcılıq və ya işlə bağlı bilikləri artırın.
Maraqlanmadığınız, amma ehtiyac duyulan işi görməli olacaqsınız.
Oxatan - Venera və Plutonun münasibətləri ciddi işə başlamağınızı tələb edir. Məhdudiyyətlər və çətinliklər qaçılmazdır.
Doğru yolla, seçilmiş kursla irəlilədiyinizi düşünürsünüzsə, problemlər olmamalıdır. "Şər deməsən, xeyir gəlməz" deyimini xatırlayın. Gərgin situsiya pik həddinə çatacaq, xoşagəlməz faktlar üzə çıxacaq və sizi fəaliyyət vasitələrini dəyərləndirərək daha əlverişli yollar tapmağa vadar edəcək.
Adi əlaqələrinizlə müqayisədə daha çox mənfəət əldə edə biləcəyiniz görüşlərdən qaçmayın.
Nəyisə dəyişəcəyiniz bütün işlər üçün uğurlu gündür.
İnqilabi istəklər və ya çevriliş etmək niyyətinin zamanı deyil.
Daha mühüm olanı əlaqələr və təmasları qaydaya salaraq planlara dəstəyə nail olmaqdır.
Oğlaq - Mars və Saturnun münasibətləri çətin gün vəd edir. Hissiyatınız artacaq, başqasının enerji təsirinə məruz qalacaqsınız. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar mühüm rol oynayır. Tamah, yalan qurbanı olmayın. Kimsənin sizi bəyənmədiyiniz işə razılaşdırmasına imkan verməyin.
Maraqlı məlumat adi kanallardan yan keçərək gələ bilər.
Yaxınlarınızla münasibətləri rəvan saxlayın, onların problemləri, qayğıları ilə maraqlanın.
"Arxa cəbhə"niz ailədir.
Belə gündə ailə üzvləri və qohumların dəstəyini hiss etmək önəmlidir.
Sizə önəmli olan insanlarla münasibətləri qoruyun, münaqişə yaranıbsa, dərhal barışın.
Dolça - Amalteya və Hanimedin münasibətləri bol imkanlar, çoxlu yollar yaradır. Fikrinizi cəmləyin, qarşınıza konkret məqsəd qoyaraq ona çatmağa çalışın. Cari işləri, xüsusilə də maliyyə məsələlərini fasiləsiz nəzarətdə saxlayın.
Yalan, fırıldaq, uğurlarınızı mənisməmək cəhdləri olacaq. Başqalarının hərəkətləri, motivləri və cavab reaksiyalarını dəyərləndirməyə tələsməyin. Durumunuzu səciyyələndirəcək mövzuya diqqət ayırın. İndi əsas məsələ işin nəticələrini görməkdir.
Yeni fəaliyyət istiqamətləri seçin.
Səhhətinizə fikir verin, amma yeni dərman preparatları ilə eksperimentlər aparmayın.
Köhnə, sınanmış vasitələrdən istifadə edin.
Balıqlar - Ay və Deymosun münasibətləri emosionallığın çox energetikanın az olduğu gün vəd edir. Qətiyyətli olun, hər önəmli hadisə, situasiyadan əvvəlcə psixoloji və fiziki baxıman özünüzü hazırlayın.
Xəyallar və arzular aləminə dalsanız, günün nəticələri çox pis olacaq.
Reallığa qayıdın, təzyiqlərə və problemlərə müqavimət göstərin.
Əsassız fikirlər söyləməyin, tərəfdaşınıza təzyiq göstərməyə çalışmayın.
Emosiyaların həddən ziyadə güclü olacağını nəzərə alaraq məntiqli davranın.
Milli.Az
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL