"Biz yezidlə mübarizə aparırıqmı?" - Fəlsəfə doktoru yazır
12-08-2021 [19:11]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
***
Dünya qurulandan bəri hər zaman belə olub. Əsrlər keçsə də, nəsillər dəyişsə də, yaşayış vasitələri nə qədər fərqlənsə də insanlar eyni olub.
Zalımlar məzlumları əzib. Bir gün məzlumlar da zalımları əzib idarəçiliyi ələ keçirib. İdarəçiliyi əldə edəndən sonra həmin məzlumlar özləri zalım olmağa başlayıb. İndi də onların zülm etdikləri məzluma çevrilib. Hər zaman belədir. Surət dəyişir, mahiyyət dəyişmir. Qiyafət dəyişir, xislət dəyişmir. Hər zaman az bir qism dürüst və fədakar, çoxluq isə movcud vəziyyətə görə yaşayışı seçib. Buna görə zalıma tabe olanlar çox, ona qarşı çıxanlar isə həmişə az olub. Zalımın məzlum, məzlumun zalıma çevrildiyi dünyada bir çoxlarının düşündüyü kimi Həzrət Hüseynin mübarizəsi yezidə qarşı deyil, yezidliyə qarşı mübarizə və savaş idi. Həzrət Hüseynlik yezidliyin ortadan qaldırılması üçün dünyaya verilən dərs idi. Dünyəvi düşünən, dünya həyatı ilə yaşayan və Məhərrəm ayında birdən-birə meydana çıxıb bu hadisələrə qiymət verməyə çalışanlar hələ də anlamaq istəmirlər ki, Həzrət Hüseyn Kərbəlada qalmadı. Necə ki, Kərbəladan əvvəl vardı, Kərbəladan sonra da davam edir. Çünki yezidlik Kərbəla ilə bitmədi. Bütün dünyada yenə də davam edir. Bu baxımdan Həzrət Hüseyn bir görüntüsüylə Kərbəlada şəhid olsa da, mahiyyəti etibarilə Kərbəladan çıxıb bu gün də yezidliklə savaşır.
Uca Allah Bir, yol ikidir. Haqq-nahaq, Baqi-fani, xeyir-şər, yaxşı-pis, aqil-cahil, yuxarı-alçaq və s. Kainatın bütün nizamı bu əsas üzərində qurulub. İki yol var: Həzrəti Muhamməd-Əbu Süfyan, Həzrəti Əli-Müaviyə, Həzrəti Hüseyn-yezid yolu. Birinci yol Haqq yolu, ikinci yol nahaq yoldur. Hansı dövrdə olursa olsun, Həzrəti Muhamməd yolunu seçmirsənsə, Əbu-Süfyan yolunu, Həzrəti Əli yolunu seçmirsənsə, Müaviyə yolunu, Həzrəti Hüseyn yolunu seçmirsənsə, yezid yolunu seçirsən. Nahaq yolu seçirsənsə, zalımlaşırsan, qəddarlaşırsan, yezidləşirsən.
Mahiyyət eynidir. Həzrəti Əbubəkr, Həzrəti Ömər, Həzrəti Osman yolu da Haqq yoludur. Ona görə eyni mahiyyətdədir. Ona görə Həzrət Hüseyn yolunun babalarıdır. Həzrəti Hüseyn yolunda bir-birinə qaynayıb-qarışıb, surətləri fərqli mənaları eynidir. Bir-birinə qarşı deyil, bir-birinin tamamıdır. Üzlər fərqli, könüllər eynidir. Dövrlər fərqli, davalar eynidir. İman əhli ilə imansızların mübarizəsində eyni cərgədə yer alırlar.
Bəs biz kimik? Zalımlaşdığımız yerdə Həzrət Hüseyndən ağız dolusu danışan yezidik. Görəsən bunun fərqindəyikmi? Hər nə varsa, öz nəfsimizlə ölçən, nəfsimizə uyğun gəlməyənə qarşı haqsızlıqla qarşı çıxan, bunu böyük dava sayan yezidin davamı deyilikmi?
İki yol var: Uca Allahın insanlığa göstərdiyi yol və Onun izniylə şeytanın sınaq üçün dəvət etdiyi yol!
İki yol var:
Haqq yolu, nahaq yolu;
Yaxşı yolu, yaman yolu;
Xeyir yolu, şər yolu;
Adəm əleyhissəlam yolu, şeytan yolu;
Habil əleyhissəlam yolu, qabil yolu;
Muhamməd əleyhissəlam yolu, əbu-süfyan yolu;
Əli əleyhissəlam yolu, müaviyə yolu;
Hüseyn əleyhissəlam yolu, yezid yolu.
Bu yollar da birinci yoldan baş götürüb gəlir.
Bu yolda ya Hüseynləşəcəksən, ya yezidləşəcəksən.
İmam Hüseyni qəbul etməsən yezid yolunu qəbul edəcəksən.
İmam Hüseynə beyət etməsən, yezidə beyət edəcəksən.
Bəzilərinin düşündüyü kimi imamət heç də nəsil yolu ilə deyil, əsil yolu ilə keçir.
Nur yolu ilə, işıq yolu ilə keçir.
Ona qalsa, Həzrət Əlinin də, Həzrət Hüseynin də və ardıcıllıqla gələnlərin də övladları çox olub. Ancaq bu yola nail olanlar bildiklərimiz olub.
Seçim sənindir:
Ya Hüseynləşməyə çalışacaqsan, ya yezidləşməyə.
Ya Allah yolunda can fəda edənlərdən olacaqsan,
Ya şeytan yolunda gedənlərdən olacaqsan!
Ya ədalətli olanlardan olacaqsan,
Ya da zalım olanlardan.
Ya zülmə qarşı çıxanlardan olacaqsan,
Ya zülmün tərəfində özünə yer seçəcəksən.
İndi bilirsənmi İmam Hüseyn mahiyyəti nədədir?
Allah yolunda zülmə qarşı dayanıb, canını və sevdiklərini fəda etmək Hüseynləşməkdir.
Seçim sənindir, ya Hüseyn olacaqsan,
Ya yezid olacaqsan,
Ya Allah sevdası ilə qazi və şəhid olacaqsan,
Ya dünya sevdası ilə şər olacaqsan.
Yaman olacaqsan,
Şeytan olacaqsan!
İndi bildinmi ki, Hüseynləşmək nədir?!
İmam Hüseyndən bəhs etmək o qədər asan deyil. Əsrlərlə bu mövzuda danışılsa da, yazılsa da, yenə də Həzrəti ifadə etmək mümkün olmayıb. Bu elə bir şəhadət yoludur ki, misli-bərabəri görünməyib. Bu elə bir qəzavət yoludur ki, sağ qalanlar deyil, şəhid olanlar belə həm şəhid, həm qazidir. Bu elə bir həqiqət yoludur ki, ölümün bu gün baş verəcəyini bilə-bilə imam və tərəfdarları Haqq yolundan dönməyib, zalım üzərinə yeriyib. Şami-Qəriban gecəsində ölümə gedə bilməyənlər üçün Həzrət Hüseynin əmri ilə şamlar belə söndürülüb zülmət yaranıb ki, insanlar utanmasınlar. Yerdə qalan 72 nəfər və yaxud azlıq onsuz da şəhid gedəcəklərini bildikləri halda yenə də sağ qalacaqları utandırmamaq üçün onların üz-gözünə baxmayıb. Bu necə əxlaqdır, bu necə davranışdır, bu necə düşüncə tərzidir. Buna yalnız peyğəmbər əxlaqı demək olar. Peyğəmbər məqamını ölümündə də ucada tutan İmam Hüseyn və onun ailəsinə, sevənlərinə yalnız məhəbbət borcumuz var.
Bu qana bais olan yezid və tərəfdarlarına isə nifrət və lənət duyğumuz var. Babası Muhamməd Əleyhissəlam, nənəsi Xədicə anamız, atası Əli əleyhissəlam, anası Fatimeyi-Zəhra anamız, bacısı yezid önündə məğrur dayanıb bəşəriyyətə Janna-Darklardan min dəfə çox dərs keçəcək olan Zeynəb validəmiz, qardaşı doğruculluğu, dürüstlüyü və güzəştcilliyi ilə seçilən İmam Həsən, daha say saydıqca, gör hansı məqam sahibinə İmam Hüseyn deyilir. Gör bu yol necə böyük Haqq yolu, necə ülvi eşq yoludur. Biz əgər Hüseyn şəxsiyyətində Hüseyn mahiyyətini görə bilsəydik, o zaman anlayardıq ki, İmam Hüseyn məktəbində keçilən ən böyük dərs zalımla mübarizə, yezidə tabe olmamaq dərsidir. Görəsən biz bu məqamı anlaya bilmişikmi? Haqla batilin savaşında biz özümüz yezidlə mübarizə aparırıqmı? Bəlkə elə özümüz də yezidləşmişik. Haqq deyənlərin yolunda yox, bizə büt düzəldənlərin yolunda yeriyirik? Görəsən biz İmam Hüseynə layiq ola bilmişikmi?
Uca Allah bizə əvvəl hidayət, sonra məhəbbət, sonra cəsarət nəsib etsin İnşəallah. Amin.
Mia.az
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər