Həbsdəki generalın 21 il əvvəlki ifadəsi yayıldı: "20-25 nəfərin içində Nazimə dedim ki, niyə adımı hallandırırsan?"
12-08-2021 [13:57]
20 il əvvəl Ukraynada baş vermiş qətldə təqsirləndirilən, hazırda məhkəmə önünə çıxarılan general-leytenant Rövşən Əkbərov ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, nə istintaqda, nə də məhkəmədə özünü təqsirli bilməyib, ifadə verməkdən imtina edib, susmağa üstünlük verib.
Lakin R.Əkbərov 2000-ci illərin əvvəllərində də bu iş üzrə şahid qismində dindirilmişdi və Elçin Əliyevi öldürmədiyini demişdi.
Onun həmin ifadəsi cinayət işinin materiallarında yer alır.
R.Əkbərov həmin ifadəsində Kiyev Ali Ümumqoşun məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarında, o cümlədən də Əfqanıstanda xüsusi təyinatlı taborda xidmət etdiyini, 1992-ci ildən isə Azərbaycanda Milli Ordu sıralarında xidmətini davam etdirdiyini, xidməti dövründə bölük komandirindən başlayaraq korpus komandirinə kimi bütün komandan vəzifələrdə olduğunu, Ali Dövlət təltifləri ilə təltif edildiyini, 1994-cü ildə ona Milli Qəhrəman adı verildiyini göstərib.
Bildirib ki, 1999-2002-ci illərdə Ukraynanın Milli Müdafiə Akademiyasında təhsil alıb, 2001-ci ilin mart ayından iyul ayının 4-nə qədər Kiyevdə yaşayıb. Bu müddət ərzində Ukrayna ərazisini tərk etmədiyini, iş adamı E.Əliyevin hansı şəraitdə öldürülməsi barədə məlumatı olmadığını deyib.
“Elçin Əliyevlə 2001-ci ildə Ukrayna səfirliyində tanış olmuşam. Bu təsadüfi tanışlıq olub, aramızda hər hansı bir münasibət olmayıb. İsaxan Əliyevi və Məzahir Şıxaliyevi tanımıram, Qüdrət Əhmədovu Ukrayna səfirliyinin nümayəndəsi kimi tanımışam. Elçin Əliyevin Kiyevdə hansı şəraitdə öldürülməsi barədə məlumatım yoxdur”,-o ifadəsində bildirib.
R.Əkbərov səfirlikdə keçirilən yığıncağa dəvət olunduğunu, tədbirin saat 24:00-ə qədər davam etdiyini göstərib: “İki nəfərin səfirliyə gəlməsi barədə məlumat verildi. Masa arxasında əyləşən Rövşən Qaradağlı giriş qapısına tərəf getdi. Tanımadığım biri hündürboylu, digəri orta boylu iki nəfərlə qısa müddət söhbət etdi, sonra onları çıxışa tərəf aparıb yola saldı. Ertəsi gün Elçin Əliyevin öldürülməsi xəbəri yayıldıqda eşitdim ki, dünən səfirliyə gələnlər Elçin Əliyevlə Məzahir Şıxaliyev olub”.
General-leytenant daha sonra ifadəsində göstərib ki, adıçəkilən şəxslər səfirliyi tərk etdikdən bir qədər sonra süfrə arxasında əyləşdiyi Elxan Cəbiyev (E.Cəbiyev 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 1994-2006-cı ilədək isə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinin rəis müavini vəzifəsində işləyib,- red.) ona getmək istədiyini deyib: “Elxan Cəbiyev Kiyev şəhərində Kreşatik rayonunda yerləşən, hərbi qulluqçular üçün nəzərdə tutulmuş oteldə yerləşmişdi. Otel gecə saat 12-də bağlandıqdan sonra orada yaşayanlar içəri buraxılmırdı. Elxan Cəbiyev gecə otelə, səhər tezdən isə Bakıya qayıtmalı idi. Xahiş etdi ki, onu səfirliyin yaxınlığındakı taksi dayanacağına aparım. Birlikdə səfirliyin ərazisini tərk etdik. Elxanı orada düşürüb yenidən səfirliyə qayıtdım. Həmin vaxt ailə üzvlərim və digər dəqiq xatırlamadığım şəxslər də səfirlikdə idilər. Bir qədər çardaqda əyləşib, saat 24:00 radələrində ailəmlə birgə səfirliyin binasını tərk edib evə gəlmişəm”.
R.Əkbərov istintaqa verdiyi ifadəsində həmin gecəni səhərə kimi evdə olduğunu, səhər saatlarında bir nəfərin ona zəng edərək təcili səfirliyə gəlməsini istədiyini deyib: “Orada eşitdim ki, gecə saatlarında Elçin Əliyev öldürülüb, əvvəl səfir işləmiş Nazim İbrahimovun da bu hadisə ilə bağlı Kiyev şəhərinə gəlməsi gözlənilir. Səfirlikdə işləyən Qüdrət Əhmədova (Q.Əhmədov 1999-2002-ci illərdə Azərbaycanın Ukraynadakı səfirliyində komendant və təsərrüfat müdiri işləyib-red.) Nazim İbrahimovu qarşılamaq tapşırılıb”.
R.Əkbərov iddia edir ki, Q.Əhmədov ona belə deyib: “Nazim İbrahimovu hava limanında qarşılayanda o, telefonla Bakı ilə danışırdı, Elçinin Rövşən adlı general tərəfindən öldürüldüyünü deyirdi...”
General isə özünün dediyi kimi, bu deyilənlərdən qəzəblənib, N.İbrahimovla görüşmək üçün “Dnepr” otelinə gedib.
“Masa arxasında 20-25 nəfər azərbaycanlı əyləşmişdi. Nazim İbrahimovdan mənim kimisə öldürməyim barədə şaiyələr yaymasının səbəbini soruşdum. Nazim ümumiyyətlə, belə bir söz demədiyini söylədi. Nazimə Elçinin ölümündə günahımın olmasını onun anasına çatdırdığına görə iradımı bildirdim. Nazim belə bir söz demədiyini, bu sözləri Qüdrətdən eşitdiyini dedi”,-o bildirib.
R.Əkbərovun ifadəsinə görə, ölüm işi ilə bağlı ümumi söz-söhbətlərdən ona məlum olub ki, qətlin yeganə şahidi, polislər tərəfindən saxlanılan M.Şıxəliyev N.İbrahimovun köməkliyi ilə buraxıldıqdan sonra Türkiyəyə yola salınıb. Qətlə görə Q. Əhmədov istintaqa cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib, lakin sonradan o da azadlığa buraxılıb. Müəyyən müddətdən sonra isə həmin faktla bağlı onun barəsində cinayət işi başlanılıb, iş Bakı şəhərinə göndərilib. Daha sonra isə barəsindəki cinayət işinə xitam verilib və işin davam etdirilməsi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.
“Həmin işin istintaqının artıq mənə heç bir aidiyyatı olmayıb”,-general belə deyib.
virtualaz.org
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL