Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MƏDƏNİYYƏT
10.08.2021, 00:07
Qoç - gün problemlər vəd edir. Çətinliklərin öhdəsindən tezliklə və effektiv şəkildə gəlməyə çalışın. Müşkül vəziyyətlərdən asanlıqla çıxış yolu tapmağınız yaxın ətrafınızdakı insanları təəccübləndirəcək. Başqalarının çözə bilmədikləri məsələləri həll etməyə çalışın. Qələbələrinizə və uğurlarınıza diqqət cəlb etməkdən çəkinməyin. Nüfuzlu insan sizinlə maraqlanmağa başlayarsa, etibarlı tərəfdaş və sərmayədar tapa bilərsiniz.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün sərfəlidir. Zahiri görkəminizə fikir verin. Ağır fiziki iş məsləhət deyil. Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Buğa - maraqlı işgüzar təkliflər istina deyil. Belə təklifləri çox düşünmədən qəbul etmək olar. İdeya və planlarınızdan birini reallaşdıra bilərsiniz. Peşəkar fəaliyyət müstəvisi genişlənəcək. Yeni öhdəliklər və işlər sizi narahat etməsin. Qətiyyətlə, effektiv şəkildə çalışın. Yeni müttəfiqlə tərəfdaşlıq uzunmüddətli və məhsuldar olacaq.
Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş etmək olar. Fəqət, yalnız zərurət duyulan əşyalar alın.
Əkizlər - asan gün deyil. Bütün imkanlardan yararlanmağa çalışın. Səfər və ya yeni layihə uğur vəd edir. Əhvalınız yaxşılaşacaq. Yeni tanışlıqlar xoş emosiyalar bəxş edəcək. Maraqlı işgüzar təklif səslənə bilər.
Mürəkkəb işi əməkdaşlıq etdiyiniz insanla birlikdə görməyə can atın.
Günün ikinci yarısında yaranan ideyalar müşkül, həyata keçirilməsi çətin təsir bağışlaya bilər. Fəqət, niyyətinizi həyata keçirə bilərsiniz. Maliyyə baxımından əlverişli gündür. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz.
Xərçəng - maraqsız söhbətlər və müzakirələr xeyli vaxt alacaq. Rəğbət bəsləmədiyiniz insanlardan uzaq durmağa çalışın. Emosional fon stabil deyil. Əhvalınız sürətlə dəyişəcək. Baş verənlərin səbəblərini özünüz də bilmirsiniz.
Diqqətli olun. Yoxsa ən sadə və rutin işlərdə belə, kobud səhvlərə yol verəcəksiniz.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinizlə münasibətləri gərməyin. Sevdiyiniz insanın xətrinə dəyməyin. Soyuqqanlı və təmkinli olun.
Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Şir - darıxdırıcı, cansıxıcı, yeknəsək işlə məşğul olmaq məcburiyyətindəsiniz. Diqqətli və sayıq olun. Dostlar sizə yardım etsələr də, işlərin ən önəmli hissəsini təkbaşına görməli olacaqsınız. Maliyyə məsələlərində yanlışlıqlara yol verməyin. İmkanlarınızı olduğundan artıq qiymətləndirməyin. Bədxərclik və israfçılıq etməyin.
Günün ikinci yarısında yaşam tonusunun səviyyəsinin aşağı düşməsi istisna deyil. Səhhətinizdə kiçik problemlər yarana bilər. Ailə və məişət qayğılarının çözülməsini təxirə salmayın.
Qız - sakit və rahat gündür. Ciddi hadisə baş verməyəcək. Əvvəllər başladığınız işləri başa çatdırın. Yeni layihələr və ya planları nəzərdən keçirmək olar. Onlardan birini reallaşdırmaq fikrinə düşsəniz, tək çalışmayın.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində fərqli istiqaməti seçmək olar. Səfər və ya səyahət əhvalınızı yaxşılaşdıracaq. Romantik münasibətlər baxımından o qədər də pis gün deyil. Buna rəğmən, sevdiyiniz insanla münasibətlərdə sərinləşmələr ola bilər.
Tərəzi - mühüm qərar qəbul etmək gərəkdir. Çox düşünməyin, yekun həlli təxirə salmayın. Bütün amilləri nəzərə alın. Kimlərsə sizə bilərəkdən yalan məlumatlar verərək planlarınızı alt-üst etməyə çalışır. Hüquqlarınızın pozulması və ya əmlakınızın mənimsənilməsi cəhdinin qarşısını qətiyyətlə alın.
İradəli, ötkəm olun.
İşlərinizdən bixəbər insandan günün ikinci yarısı yardım gözləməyin. Hisslərinizi ailə üzvləri və ya dostlarla bölüşə bilərsiniz. Səmimi, cəsarətli olun.
Əqrəb - günün ilk yarısı narahat, qarışıq və laübəli olacaq. İşlər çoxdur. Məqsəd və hədəfləri dəqiqləşdirin, nə istədiyinizi anlayın. Xaotik, mənasız fəaliyyət əhvalınızı korlaya bilər. Bu səbəbdən də fəaliyyət planı hazırlayın və yaxın ətrafdakı insanların sizi yoldan sapdırmaq cəhdlərinə rəğmən plan üzrə hərəkət edin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Özünüzü daha əmin və rahat hiss edəcəksiniz. Dostlarla həmfikirlər yardım edəcək, yaxşı məsləhətlər verəcəklər.
Oxatan - mürəkkəb, qarışıq gündür. Heç bir səbəb olmadan münaqişələr yaranır. Ətrafınızdakı insanlara qarşı ağır iradlarla çıxış etməyin. Yerinə yetirilməsi çətin tələblər səsləndirməyin. Hər şeydən və hər kəsdən narazılıq sizi daha cazibədar etməyəcək. Normal davranmasanız, dəyər verdiyiniz münasibətlərdə sərinlik yarana bilər.
Günün ikinci yarısında bir qədər tək qalın, müstəqil çalışın. Uzunmüddətli planlar quranda bilin ki, dəyişikliklər qaçılmazdır. Aldığınız məlumat bəzi prioritetlərə yenidən baxılmasını tələb edir.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - işlər həddən artıqdır və istirahət etməyə, dincəlməyə vaxt qalmır. Üstəlik, yaxın ətrafınızdakı insanlar sizə üz tutaraq probelmlərinin həllində yardım istəyirlər. Hər şeyə rəğmən, bir qədər tənəffüs etməyə, dincəlməyə vaxt tapın.
Qüvvələrinizi bərpa edin.
Günün ikinci yarısında ehtiyatlı olun. Travma riskləri var. Mürəkkəb alətlər və mexanizmlərlə işləyərkən sərvaxt olun. Yağlı və ağır yeməklər yeməyin. Rasionunuzda meyvə-tərəvəzin bol olmasına fikir verin.
Dolça - parlaq ideyalar və problemlərin həllinin münasib variantlarının tapılması üçün yaxşı gündür. Yeni maraqlar və istəklər yaranacaq. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Planlarınızı həyata keçirməkdə sizə yardım edə biləcək insanları tapın.
Günün ikinci yarısında gəlir və qiymətli hədiyyənin alınması istisna deyil. Yaxın ətrafınızdakı insanların diqqət izharını görürsünüz. Amma olaylar ciddi deyil.
Yeni tanış olduğunuz insana tam inanmayın. Səbatsız etimadın fəsadları ağır olur.
Balıqlar - təxribatlara uymayın, fırıldaq qurbanı olmayın. Sərt və iradəli olun. Yaxın ətrafınızdakı insanların təsiri aldına düşməyin. Tənbəl və yaramaz insanın sizdən bəhrələnməsinə imkan verməyin. Yaranan problemlərin əksəriyyətini müstəqil fəaliyyətlə həll etməli olacaqsınız. Öz işlərinizi təxirə salaraq başqalarının problemlərinin həlli ilə məşğul olmayın.
Günün ikinci yarısı ailə və məişət problemlərinin həlli üçün əlverişlidir. Problemləri sürətlə həll edin, fəaliyyətdən həzz alın. İmiclə eksperimentlər aparmaq olar.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İran ABŞ-ın daha bir PUA-sını vurub
Bugün, 00:28 DÜNYA
-
Ərdoğan böyük heyətlə ABŞ-a getdi
Bugün, 00:16 GÜNDƏM
-
Trampdan gözlənilməz mesaj verdi, İrana qarşı variantlar sadaladı: "Pezeşkianla görüşə hazıram"
Bugün, 00:10 GÜNDƏM
-
İstanbulda Universitet sahibi saxlanıldı
Bugün, 00:10 GÜNDƏM
-
AHİK-də yeni təyinatlar - Baş mütəxəssis sektor müdiri, sektor müdiri isə...
Bugün, 00:07 CƏMİYYƏT
-
7 ölkə Türkiyəyə qarşı birləşdi - İtaliya birgə bəyanatı imzalamadı
Bugün, 00:03 GÜNDƏM
-
Türkiyə Super Liqasında sürpriz lider... - "Beşiktaş" Diyarbəkirdə məğlub oldu
Bugün, 00:02 İDMAN
-
"Fənərbaxça" "Eyüpspor"u 8 qolla darmadağın elədi
20.09.2026, 20:39 İDMAN
-
Xankəndi, Xocalı və Ağdərədə konsertlər keçirilib
20.09.2026, 18:06 MƏDƏNİYYƏT
-
Ukrayna ordusu ilk yeni ballistik raketi ilə Rusyanın strateji zavodlarını hədəf aldı: "Laylı müdafiə çətiri qurmaqdansa..."
20.09.2026, 16:59 GÜNDƏM
-
Husilər Ər-Riyadda hücum edib: "Məkkəyə hücum bizlik deyildi, bu isə..." - Səudiyyə isə qruplaşmanı mülki əhalini hədəf almaqda ittiham edir
20.09.2026, 16:47 DÜNYA
-
Qeyri-sabit hava ilə bağlı daha bir - Xəbərdarlıq
20.09.2026, 15:53 GÜNDƏM
-
"Düzdür, biz həddi bir az aşmışıq" - Rüfət Nasosnı Balaləli ilə Xosrov Maştağalının toydakı davasından danışdı
20.09.2026, 15:14 ŞOU-BİZNES
-
19-20 sentyabrdakı antiterror əməliyyatı: tarixi ədalət və uğur!... - TƏHLİL
20.09.2026, 14:44 SİYASƏT
-
"Kim tənqid edirsə, özü bilər" - "Üzeyir bizim qardaşımızdır, mən də istədim ki, muğamı bir az gəncləşdirim”
20.09.2026, 13:42 MƏDƏNİYYƏT
-
QULU AĞSƏSİN YENİ ŞEİRİ... - VİDEO
20.09.2026, 13:31 PRESS
-
Sabah hava necə olacaq? - Proqnoz
20.09.2026, 12:40 CƏMİYYƏT
-
Ceyhun Bayramov Nyu Yorka gedib
20.09.2026, 10:26 GÜNDƏM
-
AZAL-ın keçmiş prezidentinin ABŞ-dan sonra Londonda da mülkləri ortaya çıxdı - FOTOLAR
20.09.2026, 09:07 GÜNDƏM
-
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
20.09.2026, 00:02 GÜNDƏM
-
“Trabzonspor”- “Qalatasaray” derbisi: 2 qırmızı kart, 4 qol...
19.09.2026, 23:58 İDMAN
-
Mehriban Əliyeva: "Qoy xalqımızın həmrəyliyi, suverenliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!"
19.09.2026, 21:52 GÜNDƏM
-
İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
19.09.2026, 18:16 GÜNDƏM
-
Bilgəhdə 2 nəfər dənizdə batıb
19.09.2026, 17:26 CƏMİYYƏT
-
Baş inspektor rəis təyin olunub
19.09.2026, 17:03 İQTİSADİYYAT
-
Həbsinə heç kim inanmırdı... - Adnan Əhmədzadə bir ildir həbsdədir + FOTOLAR
19.09.2026, 16:31 SİYASƏT
-
“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya
19.09.2026, 16:28 İQTİSADİYYAT
-
Məşhur vəkilin Azərbaycandan çıxışına "STOP" qoyulub
19.09.2026, 15:47 SİYASƏT
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb
19.09.2026, 15:24 KRİMİNAL
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SİYAHI
19.09.2026, 14:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş futbolçu haqda sərəncam imzalayıb
19.09.2026, 14:30 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
19.09.2026, 14:04 GÜNDƏM
-
Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub, toyda iştirak edib - FOTOLAR
19.09.2026, 13:44 GÜNDƏM
-
Məşhur YAP-çı: "2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq" - "Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından uzaqlaşdırılmalıdır"
19.09.2026, 13:29 SİYASƏT