Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-08-2021 [00:09]
Qoç - güzəştlər və kompromislər üçün əlverişli zamandır. Rəqiblərlə aşkar mübarizəyə başlayın. Münaqişələr olarsa, problemin qarşısını almağa çalışın. Gəlirlər, qiymətli hədiyyələr istsina deyil.
Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. İşgüzar duyumunuz iti olsun. Hesablarda səhv etməyin. Axşam saatları səfər, səyahət, dostlarla təmaslar və görüşlər üçün pis zaman deyil.
Sevdiyiniz insanı sevindirməyə çalışın.
Buğa - günün ilk yarısı önəmli və vacib sayılan işlərin görülməsi üçün əlverişlidir. Qətiyyətli, iradəli, zəhmətkeş olun. Maraqlı saydığınız məsələləri çözün. Ətalətli və süst davranmayın.
Hədiyyələr, xoş sürprizlər istisna deyil. Əyləncə və istirahəti təxirə salın.
Günün ikinci yarısında emosiyaların əsiri olmayın. Yaşananlarda özünüz üçün xeyirli məqamları aşkarlamağa çalışın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qayğıkeş, diqqətli olun.
Yeni tanışlıqlar istisna deyil.
Əkizlər - günün ilk yarısında ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclənir. Soyuqqanlı davranaraq təxribatlar tələsinə düşməyin. Ailədə mübahisə və fikir ayrılığı istisna deyil. Problemin həllində davranışınız xüsusi rol oynayır.
Günün ikinci yarısı daha uğurludur. Çoxdan bəri həyata keçirmək istədiyiniz planlardan birini reallaşdıra biləcəksiniz. Maraqlı görüşlər, xoş sürprizlər və diqqət izharları istisna deyil. Axşam saatları ailə üzvləri ilə daha səmimi və sıx ünsiyyət, ailəvi tədbirlərin təşkili üçün yaxşıdır.
Xərçəng - günün ilk yarısı əlverişlidir. Xeyli faydalı və gərəkli iş görmək olar. Saatlar keçdikcə işgüzar aktivliyiniz azalacaq. Başladığınız işlərə marağınız səngiməsin. Layihələri, vədləri və öhdəlikləri unutmayın.
Günün ikinci yarısında ünsiyyət sizi usandıra bilər. Hətta rəğbət bəslədiyiniz insanlarla təmaslar belə, yorucu təsir bağışlayır.
Münaqişə və mübahisə riski var. Qarşıdurma yaranmasına imkan verməyin, təxribatlara uymayın. Alış-veriş məsləhət deyil.
Maliyyə itkiləri ciddi problemə çevriləcək.
Şir - günün ilk yarısı qarışıq və laübəlidir. Önəmli görüş, danışıqlar və müzakirələr üçün əlverişli zaman deyil. Müstəqil çalışmaq məsləhətdir. İnandığınız, etibar etdiyiniz adamlarla birgə fəaliyyət göstərməyə üstünlük verin. Yeni biliklər, bacarıqlar və məlumatlar əldə etmək üçün münasib zamandır.
Günün ikinci yarısında qarşılaşdığınız insanların hamısına inanmayın.
Maraqlı insanlarla ünsiyyətə can atın. Yeni münasibətlər, habelə son vaxtlar sizi və yaxınlarınızı narahat edən münaqişələrin nizamlanması üçün münasib zamandır.
Qız - günün ilk yarısı maliyyə məsələlərində ehtiyatlı olmağınızı tələb edir. Fırıldaq qurbanı olmayın. Yaxşı tanımadığınız insana etibar edərək yanlışlığa yol verməyin. Anlaşma və sövdələşmələr üçün münasib zaman deyil.
Alış-verişdə düşünülməmiş qərarlar verməyin. Niyyətləri tam bəlli olmayan insanlarla çalışmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərə xüsusi diqqət yetirin. Ailə üzvləriniz və yaxınlarınızla təmaslarda dürüst davranış modelini seçin. Qayğıkeş və səmimi olmağınız tələb edilən situasiyalarda inadkarlıq yolverilməzdir. Dil tapmağın mümkün olduğu zamanda tərslik edərək münaqişə yaratmayın.
Tərəzi - mühüm qərar qəbul edərkən iradəli və qətiyyətli olun. Anlaşılmaz situasiyanın məğzini, köklərini araşdırın. Yaxın ətrafınızdakı insanların niyə məhz belə davrandıqlarının səbəblərini anlamağa çalışın. Soyuqqanlı və təmkinli olun.
Başqalarının təsiri altına düşməyin.
Günün ikinci yarısının maliyyə fonu uğursuzdur. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Zərurət duymadığınız əşyaları almağa çox pul xərcləməyin.
Borc almaq məsləhət deyil. Xərcləri azaltmağınız daha yaxşı olardı. Ruhdan düşməyin. İstənilən halda problemlər müvəqqətidir və az sonra onların öhdəsindən gələ biləcəksiniz.
Əqrəb - günün ilk yarısı uğurlu, rahat və xoş zamandır. Qarşınızda yeni imkanlar yaranacaq. İntuisiyanız güclüdür. Bu səbəbdən dürüst qərarlar verəcəksiniz. Kimsə sizi yolunuzdan sapdıra bilməyəcək. Alış-veriş etmək olar.
Günün ikinci yarısında ciddi problemlər və çətinliklər olacaq. Yaranmış situasiyada ən xoşagəlməz məqam dşünülməmiş addımların atılması riskidir. Yanlışlıq sonradan ciddi fəsadlar və ən müxtəlif problemlər yarada bilər.
Tələsməyin. Başqasının məsləhət və tövsiyələrinə inanaraq fikir yürütməyin. Özünüzü aldatmayın, mənasız illüziyalara qapılmayın.
Oxatan - günün ilk yarısı asan, uğurlu və xoş zamandır. Əhvalınız yaxşı olacaq. Özünüzü nikbin hiss edəcəksiniz. İndiyədək sizə çox çətin, müşkül, hətta mümkünsüz təsir bağışlayan işə başlaya bilərsiniz. Yeni maraqlar və istəklər yarana bilər. Potensialınızı ən effektiv şəkildə reallaşdırmağa çalışın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Planlarınızda məcburi dəyişikliklər ola bilər. Sevdiyiniz insanla fikir ayrılığı istisna deyil. Münasibətləri uzun müddətə korlayacaq problemlərin və sərinləşmənin yaranmasına imkan verməyin.
Oğlaq - bu günlə bağlı ciddi planlarınız varsa, aktiv və enerjili şəkildə çalışın. Məhsuldar olun, düzgün qərarlar verin. Hansı taktikanın effektiv olacağını müəyyənləşdirməyə çalışın. Yardım gərəkdirsə, etibar etdiyiniz insanlara üz tutun. Onlar sizi dəstəkləyəcəklər.
Günün ikinci yarısında kiçik anlaşılmazlıqlar ola bilər. Belə problemlərə görə qarşınıza qoyduğunuz məqsədlərə vaxtında çata bilməyəcəksiniz. Təyin edilmiş görüş, razılaşdırılmış anlaşma təxirə düşə bilər. Sözlərinə inandığınız insanlar vədlərindən imtina edə bilərlər.
Axşam saatlarında problemlərinizlə baş-başa qalmayın.
Dolça - günün ilk yarısında yarımçıq işləri başa vurun. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq.
Günün ikinci yarısı o qədər də əlverişli zaman deyil. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil. Yaxınlarınızdan birinin səhvi nəticəsində yaranmış problemlə üzləşəcəksiniz.
Axşam saatlarına yaxın səfərə və ya səyahətə yollanmaq, ağır fiziki işlə məşğul olmaq məsləhət deyil.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səylərinizi əsirgəməyin. Vaxta və qüvvəyə heyfiniz gəlməsin. Maliyyə və əmlakla bağlı məsələlərin həlli, sənədləşdirmə və hesabatların tərtibatı üçün əlverişli zamandır.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsinin aşağı düşməsi mümkündür. Səhhətinizdə kiçik problemlər olacaq. Baş ağrısı, ürək-damar sistemində fəsad yaşana bilər.
Axşam saatlarında açıq havada çox vaxt keçirin, gəzintiyə çıxın.
Milli.Az
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL