XII Qəbələ Musiqi Festivalı başa çatıb
05-08-2021 [13:47]
Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalı başa çatıb.
Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.
Yubileyin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzaladı. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biri olub.
Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngin oldu. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alıblar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub. Bu ilki Qəbələ Musiqi Festivalının ən başlıca məziyyətlərindən biri o oldu ki, ölkəmizin aparıcı musiqi təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də müxtəlif ifaçı kollektivləri geniş səpkidə iştirak edibər.
İyulun 31-də XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Bakı Musiqi Akademiyasının rektoru, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış ediblər. Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrin ifasında geniş konsert proqramı təqdim olunub.
Avqustun 1-də Konqres Mərkəzində BMA-nın müəllim və tələbələrinin iştirakilə kamera-instrumental musiqi gecəsi keçirildi. Respublika və beynəlxalq müsabiqələr laureatları olan tələbələr – pianoçular Fəqan Həsənli, Vüsalə Babayeva, Ləman Seyidova, Elxan Niftiyev, Leyla Zeynalova, Cəmalə Abdinzadə, Jalə İslamova, qoboy ifaçısı Əziz Pənah, vokalçılar Lalə İbrahimova, Mahir Tağızadə, Rza Xosrovzadə, violonçelist Ərol Rzayev və digər gənc ifaçılar konsertin məxsusi təravətli ab-havasını yaradıblar.
Həmin gün baş tutan kamera musiqi axşamında xalq və əməkdar artistləri, BMA-nın müəllimləri olan Zəhra Quliyeva, Yeganə Axundova, Murad Hüseynov, İlham Nəzərov, “Bakı Kamera Orkestri” və onun dirijoru Fuad İbrahimov, Cavad Tağızadə, gənc qoboy ifaçısı Əziz Pənah konsertin əsas iştirakçıları oldular. Gənc bəstəkar, II Qarabağ Müharibəsi qazisi Vüqar Məmmədzadənin “Şəhidlərə ithaf” adlı əsəri konsertin məxsusi qəhrəmani və zəfər ovqatını ifadə edə bilib.
Avqustun 2-də BMA-nın müəllim və tələbələri digər bir maraqlı kamera konsertini təqdim etdilər. Gənc bəstəkar Vüqar Məmmədzadənin (prof.A.Əzimovun sinfi) “Ay üzlü Nigarım” əsərinin ilk ifası, respublikanın Xalq artisti Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan klassik musqi inciləri, Əməkdar müəllim Nəzakət Rimazi ilə Elnarə Kəbirlinskayanın duet ifasında səslənən Ravel, BMA-nın “Lumineux” vokal ansamblı və onun bədii rəhbəri, BMA-nın Əməkdar müəllimi Naala Barateliya, gənc pianoçular –Züleyxa Abdulla, Fəqan Həsənli, Səidə Tağızadə, Nərgiz Kəngərli, Leyla Əhmədxanova, “Clarte” klarnet kvartetinin parlaq ifaları alqışlanıb.
Eyni gündə açıq səhnədə keçirilən “Zəfər muğam kompozisiyası” adlı konsert – festivalın əlamətdar musiqi gecələrindən biri oldu. Respublikanın Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Təyyar Bayramov, Elnur Əhmədovun ifalarında muğamlar və Nazim Əliverdibəyovun “Muğam” xoreoqrafik miniatürü (R.Axundova və M.Məmmədovun quruluşunda) səslənib.
Avqustun 3-də Konqres Mərkəzində respublikanın tanınmış ifaçıları, xalq və əməkdar artistlər Murad Adıgözəlzadə ilə Əvəz Abdullanın, vokalçı Gülnaz İsmayılova ilə bəstəkar Ceyhun Allahverdiyevin, messo-soprano müğənni Fəridə Məmmədova ilə bəstəkar Elnarə Dadaşovanın duet ifaları, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin iştirakı ilə baş tutan kamera-vokal musiqi axşamı XII Qəbələ Musiqi Festivalını uğurla başa vurub.
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib