Azərbaycan yanğınsöndürənləri Türkiyədə - VİDEO

img

03-08-2021 [15:58]


Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hazırda helikopter vasitəsiylə yanğının qarşısını almağa çalışır.

“Haber Global” telekanalının hazırladığı reportajda qardaş ölkəyə dəstək üçün göndərilən Azərbaycan helikopterin yanğının söndürülməsi üçün fəaliyyətindən bəhs edilib.

Reportajda Türkiyədəki meşə yanğınlarının hələ də davam etdiyi və havadan müdaxilənin önəmindən qeyd edilib. Bildirilib ki, 50-dən artıq helikopter vasitəsilə yanğınların söndürülməsi üçün müdaxilə edildiyi vurğulanıb. Görüntülərdə helikopterin istənilən mənbədən su ehtiyatının götürülməsi və yanğınların olduğu bölgələrə getməsi əks olunub.

:

Digər xəbərlər
SON XƏBƏRLƏR