Türkiyədə meşə yanğınları baş verən rayonlar təbii fəlakət bölgəsi elan edilib

img

31-07-2021 [12:18]


Türkiyədə meşə yanğınları baş verən rayonlar təbii fəlakət bölgəsi elan edilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Antalyanın Manavgat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa rayonları, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçegiz və Seydikəmər rayonları, Mersinin Aydıncık və Silifke rayonları, Osmaniyyənin Mərkəz və Kadirli rayonları, Adananın isə Aladağ, İmamoğlu, Karaisalı, Kozan rayonları təbii fəlakət bölgələri elan olunub.

“Meşə yanğınlarının təsirinə məruz qalan bölgələrimizi təbii fəlakət bölgəsi elan etdik. Millətimizə dəyən zərərin aradan qaldırılması və onların durumunun əvvəlkindən yaxşı olması üçün lazım olan bütün addımları atacağıq”, - R.T.Ərdoğan vurğulayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:58 24.10.2021

Sabah yağış yağacaq