Mübahisə və intihar... - Azərbaycanlı jurnalist Tbilisidə özünü binadan atdı + FOTO

img

30-07-2021 [15:33]


Azərbaycan vətəndaşı olan jurnalist Hüseyn Bakıxanov Tiflisdə vəfat edib.

Mia.az Gürcüstanda fəaliyyət göstrərən GAXA.ge saytına istinadla xəbər verir ki, hadisə iyulun 14 -də baş verib.

Son məlumata görə, 34 yaşlı jurnalist Hüseyn Bakıxanov binanın damından özünü atıb.

Jurnalistin ölümündən 2 gün əvvəl onun Azərbaycan vətəndaşları ilə mübahisə etdiyi barədə məlumat yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 14-də baş verən hadisə Cinayət Məcəlləsinin intihara səbəb olan 115-ci maddəsi ilə araşdırılır.

Məlumata görə, cinayəti törədən şəxs həbs olunarsa, onu  iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA