Azad edilmiş bütün yaşayış məntəqələrinin ümumi planı hazırlanacaq

img

30-07-2021 [12:01]


Bu ilin noyabr ayının sonuna qədər Azərbaycanın işğaldan azad edilmiş bütün yaşayış məntəqələrinin ümumi planının hazırlanması nəzərdə tutulur.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, hazırda bütün aidiyyəti orqanlarla bu istiqamətdə müzakirələr aparılır.

“Müzakirələr bütün kommunikasiyalar üzrə gedir. Ümumi planla bağlı noyabrın sonuna qədər dəqiq məlumat verə bilərik”, - deyə o, qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA