İtaliya klubuna ağır cəza verilib

img

16-07-2021 [15:18]


FIFA-nın İntizam Komissiyası İtaliyanın "Spetsiya" klubuna ağır cəza verib.

Mia.az Report-a istinadla xəbər verir ki, A Seriyasında çıxış edən komandaya transfer qadağası qoyulub. Spetsiya şəhərinin eyniadlı təmsilçisi qarşıdakı 4 transfer pəncərəsi dövründə heyətinə yeni futbolçu qata bilməyəcək.

Bundan başqa, klub 500 000 avro məbləğində cərimələnib.

FIFA "Spetsiya"nı 18 yaşadək futbolçuların beynəlxalq transfer və qeydiyyat qaydalarını pozduğu üçün cəzalandırıb.

Qeyd edək ki, komanda ötən mövsüm A Seriyasını 15-ci pillədə başa vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR