Daha 3 rayonda əməliyyat keçirildi, həbs olunanlar var
15-07-2021 [14:59]
Abşeron, Səbail və Binəqədi rayonlarında polis əməkdaşları narkotiklərə qarşı əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Saray qəsəbəsi sakini Fərid Vəliyev saxlanılıb.
Onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı kultivasiya etdiyi ümumi çəkisi 2 kiloqram 260 qram olan 19 ədəd çətənə kolu aşkar edilib. Fərid Vəliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkdiyini bildirib.
Səbail rayonunda da narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Vurğun küçəsində Nəriman Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, 1 kibrit qutusu qurudulmuş marixuana və 7 ədəd psixotrop həb aşkar edilərək götürülüb. Ətrafında aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Azər Həsənov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2 kiloqram 300 qram heroin götürülüb.
Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb. Əməliyyat zamanı "patı" adlanan psixotrop maddə olan metamfetamin satmaqda şübhəli bilinən Ramin Rəcəbov, Pünhan Bayramlı və Kənan Yarıyev saxlanılıblar. Bu şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri külli miqdarda metamfetamin aşkar edilib.
Qeyd edilən hər 3 faktla bağlı Abşeron, Səbail və Binəqədi Rayon Polis İdarələrində araşdırmalar və istintaq tədbirləri davam etdirilir.
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi