Yaponiyada Rusiya yığmasının əməkdaşının koronavirusa yoluxması bəlli olub

img

14-07-2021 [15:17]


Hazırda Yaponiyanın cənub-qərbindəki Munakata şəhərində olan Rusiyanın olimpiya yğmasının əməkdaşı koronavirusa yoluxub.

Məlumata görə, adı açıqlanmayan həmin şəxsin 50 yaşında olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib və yığma üzvlərindən təcrid olunub.

Həmçinin, Rusiyanın qadınlardan ibarət reqbi-7 yığması da karantinə alınıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR