Nazir: "Ermənistan ərazisində yerləşən Azərbaycan mədəni irsinə aid abidələrin tədqiqatına başlanılıb"

img

08-07-2021 [13:18]


"İndiki Ermənistan dövlətinin ərazisində yerləşən Azərbaycan mədəni irsinə aid abidələrin tədqiqatına başlanılıb".

Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, bunun üçün arxiv sənədlərlə tanışlıq tələb olunur:

"Bu istiqamətdə Türkiyə, Gürcüstan və Rusiya arxivlərində işlərin aparılması planlaşdırılır".

Nazir qeyd edib ki, araşdırma nəticəsində Ermənistandakı Azərbaycana məxsus irs nümunələrinin hazırkı vəziyyəti üzə çıxacaq:

"Tədqiqatın yekunları beynəlxalq ictimaiyyətə də təqdim olunacaq. Araşdırma ilə bağlı Gürcüstan tərəfi ilə əməkdaşlığa hazırıq"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR