Gəncədə dəhşətli hadisə: 24 yaşlı özünü dərəyə atdı

img

05-07-2021 [15:40]


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 vətəndaşın körpüdən yıxılaraq dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, məlum olub ki, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ələsgərov Oruc Vaqif oğlu intihar məqsədi ilə özünü Gəncə çayının üzərindəki körpüdən dərəyə ataraq ağır bədən xəsarətləri alıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə O.Ələsgərovu dərədən çıxarıb və TTTY briqadasına təhvil veriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:02 27.05.2025

Ərdoğan Laçına gəlir

11:32 27.05.2025

Sabahın hava proqnozu...