Bakıda iki avtobus toqquşub - 7 nəfər xəsarət alıb

img

24-06-2021 [15:57]


Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Mia.az-a bildirilib ki, Agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan “BakuBus” MMC-dən izahat tələb olunub. Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR