Komitə sədrindən xəbərdarlıq: "Hindistan ştammı yayılır, qaydalara əməl etməliyik"
24-06-2021 [14:56]
“Azərbaycanda koronavirusla mübarizə sistemli şəkildə və uğurla davam etdirilir. Bu məsələ Prezident İlham Əliyevin daim diqqəti və nəzarəti altındadır”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O xatırladıb ki, son vaxtlar ölkədə COVID-19-a yoluxma sayında ciddi azalma müşahidə olunur: “Ölüm halı isə demək olar ki, yoxdur. Hesab edirəm ki, ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin nəticəsidir. Ölkəmizdə bu ilin yanvarından vaksinasiya prosesinə başlanılıb. Azərbaycan hökuməti dünyada mövcud olan yüksək rəqabət, vaksin qıtlığı şəraitində öz əhalisinin tələbatını ödəmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş vaksinlərin ölkəyə gətirilməsini təmin etdi. Məhz bunun nəticəsində də xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkanlar yarandı. Belə ki, artıq ictimai iaşə obyektləri, təhsil müəssisələri, alış-veriş mərkəzlərinin açılması barədə qərarlar verilib. İyulun 1-dən isə toy və nişan mərasimlərinin keçirilməsinə icazə veriləcək. Amma bütün bunlar bizi ehtiyatsız davranmağa sövq etməməlidir. Hələ koronavirs epidemiyası davam edir və onun yeni növləri aşkara çıxır”.
Komitə sədri bildirib ki, son günlərdə Azərbaycana qonşu ölkələrdə COVID-19-un Hindistan ştammı çox sürətlə yayılır: “Artıq bu ştamm Rusiya, Gürcüstan, Ukrayna, Böyük Britaniya və s ölkələrdə sürətlə yayılır. Bu ölkələrdə koronavirusun növbəti dalğasının başlayacağı gözlənilir. Bu hal bizi ehtiyatlı olmağa vadar etməlidir. Hər birimiz qoyulan qayda və qanunlara ciddi şəkildə riayət etməliyik. Mən bir həkim olaraq tövsiyə edirəm ki, hər altı aydan bir revaksinasiya aparılsın. İnsanlarımız vaksin olandan sonra tam arxayınlaşmasınlar. Toylar da başlayır. Yəqin ki, yas mərasimlərinin təşkilinə də müəyyən qaydalara riayət etməklə icazə veriləcək. Hesab edirəm ki, vətəndaşlarımız daha fəal şəkildə vaksinasiya prosesinə qoşulmalı, özlərini qorumalı, sanitar-epidemioloji qaydalara əməl etməlidirlər. Əks-təqdirdə virus yenidən yayılacaq. Bu da yenidən məhdudiyyətlərin tətbiq olunması məcburiyyəti yaranacaq”/Report.
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı