Xalq artisti Tələt Qasımovun zəngin həyat yolu...
21-06-2021 [14:37]
Milli muğam sənətinin tanınmış nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tələt Qasımovun doğum günüdür.
Tələt Məmmədağa oğlu Qasımov 1933-cü il iyun ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Musiqiyə hədsiz maraq göstərərək hələ erkən yaşlarından xanəndəliyə başlayan Tələt Qasımov Azərbaycan muğamının incəliklərini böyük həvəslə öyrənmiş, bu qədim mədəni-mənəvi irsin sirlərinə yiyələnmişdir. Məşhur muğam ustaları Zülfü Adıgözəlovun və Hacıbaba Hüseynovun həmin dövrdə onun sənətkar şəxsiyyətinin formalaşmasına böyük təsiri olmuşdur. Məhz yüksək istedadı və məharəti sayəsində Tələt Qasımov qısa müddət ərzində öz dəst-xətti ilə seçilən xanəndə kimi tanınmışdır.
O, 1954–1993-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Konsert Birliyinin solisti olaraq fəaliyyət göstərmiş və ömrünün sonunadək xanəndəlik sənətinə sadiq qalmışdır.
Tələt Qasımov sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşatmış və məxsusi ifa üslubu ilə seçilərək xalqımızın çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermiş sənətkardır. Azərbaycan xanəndəlik məktəbinin ənənələrinə sədaqət, muğamın klassik ifa tərzinin və ümumən Azərbaycan milli musiqisinin saflığının qorunub saxlanması Tələt Qasımovun sənət fəaliyyətinin başlıca qayəsini təşkil edirdi.
Yüksək ifa mədəniyyəti, təkrarolunmaz və ürəyəyatımlı səsi ilə dinləyicinin mənəvi aləminə nüfuzetmə bacarığı ona muğam bilicilərinin hörmət və ehtiramını, musiqisevərlərin məhəbbətini qazandırmışdır. Əruz vəzninin qaydalarını dərindən mənimsəyən xanəndənin ustalıqla, ahəngdar ifasında bir çox Azərbaycan klassik muğamları, təsniflər və xalq mahnıları musiqi mədəniyyətimizin tarixinə daxil olmuşdur. Xalq çalğı alətləri ansamblının müşayiəti ilə keçirilən konsertlərdə, həmçinin xalq bayramlarında, el şənliklərində və ədəbi məclislərdə yaxından iştirak etmiş, Azərbaycan muğamının populyarlaşmasında təqdirəlayiq xidmətlər göstərmişdir.
Çoxsaylı qastrol səfərləri zamanı Tələt Qasımov milli mədəniyyətimizi uğurla təmsil etmiş və ölkəmizin hüdudlarından uzaqlarda Azərbaycan musiqisini dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirə bilmişdir. Tələt Qasımovun muğam ustası kimi uzun illər ərzindəki səmərəli fəaliyyəti istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsi üçün bir məktəbdir.
Tələt Məmmədağa oğlu Qasımov 2013-cü il iyulun 28-də ömrünün 81-ci ilində vəfat etmişdir. Tanınmış xanəndə, səmimi və qayğıkeş insan Tələt Qasımovun əziz xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Nurlanə ƏLİYEVA,
MİA.AZ
“Adore” saxta parfüm satır? - Şikayət + Açıqlama
Azərbaycan neftinin qiyməti 65 dolları ötdü
Müdafiə Sənayesi Nazirliyinin vəzifəli şəxsi qonşularına problem yaradıb: it və atlar saxlayır və... - VİDEO, FOTO
"İranda rejim çökərsə..." - Şahin Cəfərlidən şərh
Qumar borcuna görə canına qəyan müəllimin son vəsiyyəti yerinə yetirilib - Sedat Peker tərəfindən
İstanbulda süh tezdən 7 nəhəng şirkətin rəhbərləri həbs edilib - Qızıl qaçaqmalçılığı
Sumqayıtda zavodda partlayış olub - Operator xəsarətləri alıb
"Si Cinpin xahişimə müsbət cavab verməyib" - ABŞ lideri "Kuba ipdən aslı vəziyyətdədir" deyir
Rusiya ABŞ-dan gəmisini tələb edir: "Beynəlxalq hüquqa hörmət edin!"
Moussa Kone Türkiyə klubu ilə anlaşıb
"Nestle" körpə qida qarışığında təhlükə - Şirkət 50 ölkədəki məhsulları geri toplayır
TRAMP İRAN LİDERLƏRİNİ HƏDƏLƏDİ: "...çox sərt zərbə vuracağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda şok olay: həkimin kompüterindən dinləmə cihazı tapılıb
Xətaidə parkdakı ağaclar gecəylə kəsilib - Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib
Kənan Əsədov Aparat rəhbəri təyin olunub - FOTO
Türkiyə futbolunda qumar: 489 nəfər cəzalandırılıb
Mert Günok "Fənərbağça" ilə müqavilə bağladı - 2.5 il müddətinə
Hələbdə döyüş davam edir - 7 nəfər ölüb, 52 yaralı var
APARAT RƏHBƏRİ NAZİR MÜAVİNİ TƏYİN EDİLİB - Sərəncam
Əli Əsədov təhsillə bağlı qərar imzaladı - Detallar
İsrail Qəzzaya zərbə endirib - 4 nəfər ölüb
QARABAĞA YENİ KÖÇ BAŞLAYIR
Zabrat maşınqayırma zavodu özəlləşdirilib
"Azərişıq" ASC-nin rəhbəri növbəti təyinatlara imza atıb - Vüqar Əhmədov kimlrə vəzifə verdi? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TİKİNTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - İcazələr dərhal...
Sabah qar yağacaq - Xəbərdarlıq
Lalə Şövkətin bacısı oğlu qəfil vəfat edib - FOTO
Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlanıb
Məhkəmə hərbi ekspertlə bağlı qərar verib
Suriya ordusu Hələbdə kürd silahlılarına zərbə endirir: "Silahı yerə qoyun, yoxsa..." (Yenilənib)
Rasim Məmmədov azadlığa çıxmaq istəyir
Vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərilib
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - İzahat
Məşhur müğənninin qanında narkotik üzə çıxdı
"Azərişıq" ASC-nin İdarə rəisi vəzifə azad edilib - Yeni təyinat
Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub
Bərdədə silah satmaq istəyən iki nəfər tutulub
Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarəti müzakirə edir - Paşinyan açıqladı
"Fənərbağça"nın qolkiperi "Kasımpaşa"ya transfer olunub
Rusiyada vertolyot qəzaya uğrayıb - Ölənlər var
“Sahil Park”ın Sumqayıt layihəsində reklamla reallıq arasındakı böyük fərq: mənzil neçəyə satılır? - ARAŞDIRMA
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Məşhur reper Elşad Xose həbs olunub - Söyüşə görə