AZƏRBAYCAN ORDUSUNUN KAPİTANININ MEYİTİ TAPILDI - MN və FHN açıqlama yaydı (YENİLƏNİB)

img

18-06-2021 [11:01]


Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu göldə çimərkən boğularaq həlak olub.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb.

Məlumata görə, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Bu barədə FHN-in Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR