Akademikin məşhur restoranında toy: obyektin sahibləri və 20 iştirakçı cəzalandırıldı - VİDEO

img

12-06-2021 [16:08]


Xəbər verdiyimiz kimi, ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona-Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.

Məsələ ilə bağlı DİN-nin  mətbuat xidmətinin rəisi , polis polkovniki Ehsan Zahidov  bu barədə araşdırmanın başa çatdığını bildirib:

“Araşdırma aparıldı. Nərimanov rayon polis idarəsinin əməkdaşları müəyyən edib ki, dünən axşam saat 19:00-dan 22:30-a kimi Mona Liza restoranında məhdud sayda toy mərasimi keçirilib. Adıçəkilən restoranın sahibi Şəmsi Şıxıyev və həmin sarayın inzibatçısı Balazadə Musa inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib olub. Restoranın sahibi 4000 manat cərimələnib.Toyun təşkilatçıları və 20 nəfər barədə də qanunvericiliklə tədbir görülüb”/manset.


Digər xəbərlər
SON XƏBƏRLƏR