İran ərazisindən Türkiyəyə raket atan terrorçulardan 3-ü zərərsizləşdirilib

img

02-06-2021 [13:50]


Türkiyənin Hakkari şəhərinin Yüksəkova rayonuna İran ərazisindən raket atan terrorçulardan 3-ü zərərsizləşdirilib.

Məlumatı “TRTHaber” yayıb.

PKK terror qruplaşması bölgədə beton divar tikintisində işləyən şəxslərin təhlükəsizliyini təmin edən METİ (Mina, əldəqayırma partlayıcıların təsbiti və məvhi dəstəsi) əməkdaşlarını raket atəşinə tutub. Buna cavab olaraq ərazidə keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib.

Qeyd edək ki, hazırda Türkiyə İranla sərhədində beton divar çəkir. Məqsəd terrorçuların, qaçaqmalçıların və qanunsuz miqrantların Türkiyə ərazisinə keçməsinin qarşısını almaqdır. Divarın hündürlüyü 3 metr, eni 30 sm-dir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA