Ekspert: "Koronavirusun süni mənşəyinə dair sübut yoxdur"

img

03-06-2021 [12:56]


"Koronavirusun Çindəki laboratoriyadan yayılmağa başlamasına dair dürüst dəlillər olmasa da, bu ehtimalı tamamilə istisna etmək də doğru deyil".

Bunu “Fox News”a açıqlamasında ABŞ Milli Səhiyyə İnstitutları (NIH) direktoru Fransis Kollins (Francis Collins) bildirib.

COVID-19 virusunun bioloji silah üzərində çalışmalar aparıldığı laboratoriyada yaradıldığına dair daha əvvəllər səsləndirilmiş ehtimallara münasibət bildirən ekspert deyib: “Bu ehtimal həmin virus genomu barədə bildiyimizlərə uyğun gəlmir”.

Virusun Çindəki laboratoriyadan xəta üzündən yayılmağa başlaması ehtimalına dair sübutlar əldə edilməsə də, bunu “heç vaxt istisna etmədiyi”ni dilə gətirən ekspert bu məsələyə dair əhatəli araşdırma aparmağın zəruri olduğunu bildirib.

Bundan əvvəl WSJ xəbər vermişdi ki, kəşfiyyətin məlumatına görə hələ 2019-cu ilin noyabr ayında, yəni koronavirusa dair xəbərlər verilənədək Vuhan şəhərindəki Virusologiya Institutunun üç əməkdaşı ağır xəstəliyə tutulmuşdular/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA