Leyla Əliyeva nərə balıqlarının suya buraxılması mərasimində - FOTOLAR
31-05-2021 [21:56]
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində Xıllı-Balıq MMC, AzVarvara MMC, “Azerbaijan Fish Farm” MMC balıqartırma zavodlarında yetişdirilmiş 550000 ədəd körpə nərə balığının suya buraxılması mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.
Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.
"Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyondan çox müxtəlifnövlü balıq körpələri su hövzələrinə buraxılıb.
“Zəngin hövzələr” layihəsinin icrası müddəti balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may tarixindən elan olunan 4 aylıq moratoriuma təsadüf edir.
Ali məktəblərə qəbul: nə qədər boş yer qaldı?
Türkiyə Ukraynaya hərbçi göndərəcək? - Kiyevə təhlükəsizlik zəmanətində Ankaranın rolu (TƏHLİL)
SOCAR Özbəkistanda neft-qaz axtaracaq - Bu tarixdən
“Uninet”in CityNet”i: aldadılan abonent, 3 gecikən müqavilələr...
ADSEA Zaur Mikayılovla qudalarının hökmü: xaotik vəziyyət, yanlış kadr siyasəti, saxta diplomlar, bərbad idarəçilik və.... - VİDEO
"Aygünün qızı mənimlə danışmır"
"Vilyarreal" müdafiəçi transfer edib
Tikinti təşkilatı qaz xəttini zədələyib - Bu ərazlərdə qaz olmayacaq
"Kocaelispor" yeni transferlə bağlı xəbər yayıb
"Sabah “Kapital Bank” yansa, yazacaqlar ki, ““Sədərək” yanır" - Mətbuat katibindən etiraz
Qarabağ zonasında daha 1459,4 hektar ərazi minalardan təmizlənib
"Beşiktaş" oyunçusunu icarəyə verdi
Sabah hava necə olacaq? - Proqnoz
Qəzzada aclıq: daha 11 nəfər ölüb, 2-si uşaqdır
Prezident Böyük Britaniyanın dövlət nazirini qəbul edib - İlham Əliyevə forma hədiyyə olundu + FOTOLAR
"Azəriqaz"da struktur dəyişikliyi: "Hüquqi statusu olmayan" Regional Qaz İstismar İdarəsi və ya... - SƏNƏD
"Bolonya" Conata Rou heyətinə qatıb
Dövlət Xidmətinin bu səlahiyyəti ləğv olunub - Fərman
Tikinti ilə bağlı mühüm yenilik - Ali Məhkəmə qanunsuz və özbaşına tiklilərlə bağlı izahat verdi
Prezident İlham Əliyev sərəncam imzalayıb
Prezident sərəncam verdi: “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradıldı - Vəsaitlərə nəzarət gücləndirildi
"İşçilər Mehriban xanıma etirazlar edirdi, o da deyirdi ki, "kim işləmirsə, ərizəsini yazsın" - Məhkəmə işi
Vyetnamda qasırğa təlükəsi: 586 min insan təxliyə olunub
""Sədərək”də əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir" - Deputatdan yanğınla bağlı maraqlı şərh
Rumıniya Senatının üzvü "Heydər Əliyev” zirvəsinə qalxıb - FOTOLAR
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Ağdərədə insan skiletinin qalıqları tapılıb
"Mançester Siti" müdafiəçisinin müqaviləsini uzatdı
Sedat Peker sükutu pozdu: "Mən bu dövlətin övladıyam"
Tayfur Bingöl "Kocaelispor"a transfer olub
37 yaşında tələbə oldu - VİDEO
Qəbələdə narkotik bitki yetişdirən şəxs tutulub
Ebereçi Eze "Arsenal"a keçib - 67.5 milyon funt sterlinqə...
"Beşiktaş" Rıdvan Yılmaz ilə müqavilə imzaladı - 3+1 illik
"SƏDƏRƏK"DƏ GÜCLÜ YANĞIN... - VİDEOLAR, FOTOLAR (Yenilənib)
"Qalatasaray" səfərdə "Kayserispor"u "sökdü"
İsrail Sənanı bombalayıb - 2 nəfər ölüb, 40 yaralı var
Qəzzada daha bir jurnalist öldürülüb
"Fənərbağça" Edson Alvarezlə bağlı açıqlama yayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenskidən İlham Əliyevə minnətdarlıq: "Strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”
32 yaşlı ər 34 yaşlı arvadını öldürdü - Lənkəranda
ABŞ-də baş verən atışmada 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Azərbaycan XİN: "Müstəqillik gününüz mübarək, Ukrayna!”