Tikinti təşkilatı qaz xəttini zədələyib - Bu ərazlərdə qaz olmayacaq

img

25-08-2025 [13:17]


Bakının Binəqədi rayonu, Binəqədi şosesində tikinti işləri aparan təşkilatı tərəfindən qaz xətti zədələnib.

Mia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən bu gün saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR