Rusiyanın 54 diplomatı Çexiyanı tərk edib

img

29-05-2021 [18:21]


Rusiyanın Praqadakı səfirliyinin 54 əməkdaşı Çex Respublikasını tərk edib.

Bu barədə “TASS”a Rusiya səfirliyinin mətbuat katibi Nikolay Bryakin məlumat verib.

Onun sözlərinə görə, səfirliyin 54 işçisi ailə üzvləri ilə birlikdə xüsusi təyyarə vasitəsi ilə Rusiyaya yola düşüb.

N. Bryakin bildirib ki, diplomatik nümayəndəliyin ikinci qrup işçisi və onların ailə üzvləri 31 may, bazar ertəsi günortadan sonra Çexiyanı tərk edəcəklər.

Bundan əvvəl, Çexiyanın xarici siyasət idarəsinin rəhbəri Yakub Kulqanek bildirib ki, Rusiyanın Praqa səfirliyindəki diplomatların sayı Çexiyanın Moskvadakı diplomatlarının sayına qədər azaldılacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA