Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

img

26-05-2021 [23:49]


Avropa İttifaqı (Aİ) Ryanair təyyarəsi ilə əlaqədar rəsmi Minskə qarşı sanksiyalar tətbiq etmək üçün yeni addımlar atacaq.

Bunu Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Senatda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ təkcə Belarusdakı fərdi şəxslərı yox, eyni zamanda dövlət qurumlarını da “qara siyahı”ya salmağı düşünür:

“Bu addım onların Avropada fəaliyyət göstərmələrini, ticarətlərini və Avropanın bazar imkanlarından istifadə etmələrini çətinləşdirmək üçün atılacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA