Vətən müharibəsi qəhrəmanlarının mənzilləri, əşyaları tarixi abidə hesab ediləcək

img

27-05-2021 [15:55]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bundanəlavə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib


Digər xəbərlər
SON XƏBƏRLƏR