Ölkə prezidenti ilə baş nazir həbs olundu - Hərbçilər daha bir ölkədə çevriliş etdi

img

25-05-2021 [09:58]


Malidə BMT missiyası bu ölkənin prezidenti Ba Ndaunun və baş nazir Moktar Uanın hərbçilər tərəfindən tutulması haqqında xəbərlərdən sonra onların dərhal azad olunmasını tələb edib.

Mia.az xəbər verir ki, missiya, eyni zamanda ölkədə sakitliyə çağırış edib.

Daha əvvəl məlumat yayılıb ki, Malinin müvəqqəti prezidenti Ndau və baş nazir Uan həbs ediliblər. Onlar əsgərlər tərəfindən ölkənin paytaxtı Bamako yaxınlığındakı Kati hərbi düşərgəsinə çatdırılıblar. Bu, il ərzində ölkədə ikinci çevrilişin başlanğıcı təhlükəsi yaradıb. Həbs yeni hökumətin tərkibinin elan edilməsindən dərhal sonra olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA