Rənglər dünyasının hökmdarı TAHİR SALAHOV... - Haqqında nələri bilirik? (FOTOLAR)
21-05-2021 [18:53]
Ən böyük azərbaycanlı, müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, müəllim və professor, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, dünya şöhrətli TAHİR SALAHOV dünyasını dəyişdi...
Tahir Salahov Bakıda I Fəxri xiyabanda dəfn olunacaq.
Məkanı cənnət olsun.
Sevənləri, hər kəs onu realist rəssam kimi tanıyırdı. O elə bir sənətkar idi ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilirdi. Tahir Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilirdi.
Onun yaratdığı tabloları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına üstünlük verir.
Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda Tahir Salahov öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.
Həyatı:
Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildə onun atası Teymur Salahov Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdir. Bu onun sonuncu iş yeri olmuşdur. 1937-ci il sentyabrın 29-da atasını həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb, xalq düşməni damğası vurdular. O, doqquz aydan sonra iyulun 4-də isə güllələnmişdir.
Protokolda yazılmışdı ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi.
Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdır. Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifənin 5 yaşı, körpə Leylanın isə cəmi 2 aylıq idi.
O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olmuşdur. 1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir. Diplom işi olan "Vaxtada" əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir. 1958-ci ildə "Səhər eşelonu" əsərini çəkmişdir. 1959-cu ildə "Rezervuar parkı", "Neftçi" əsərlərini çəkmişdir. O, həmin ildə sosialist ölkələrinin təsviri sənət əsərlərinin Moskvada keçirilən Beynəlxalq sərgisində iştirak etmişdir.
Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür. T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçmişdir. Rəssam həmin məqamı belə xatırlayır: “Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki, “Uzunboğaz köynəyiniz varmı?”. Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə olması mənim obrazım üçün münasib idi. Bir sözlə, gələcək portretimin rəng çalarlarını tapmışdım”. Sonralar bu əsərə baxanlar, həqiqətən də, sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayırdılar.
1960-cı ildə "Təmirçilər" və "Qara Qarayevin portreti" əsərlərini çəkmişdir. 1960-1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirmişdir. 1960-cı ildə "Xəzər üzərində" əsərini çəkmişdir. 1963-cü ildə Tahir Salahov sülhü müdafiə Sovet Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. O, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 1963-cü ildə Parisdə Beynəlxalq gənc rəssamların əsərlərindən ibarət sərgidə iştirak etmişdir. 1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. O, 1963-cü ildən 1974-cü ilə qədər M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. 1964-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir. 1966-1970-ci illərdə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində "Abşeron qadınları", "Bəstəkar Fikrət Əmirovun portreti" və "Aydan" işləri ilə iştirak etmişdir. 1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilmişdir.
Tahir Salahovun məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirib. Heydər Əliyevin, Fikrət Əmirovun, Mirzə Ələkbər Sabirin, Rəsul Rzanın portretləri bu qəbildəndir.
Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Böyük sənətkar haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edilir. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fonduna daxildir.
1970-1974-cü illərdə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1971-ci ildə SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Ümumittifaq rəssamlıq səgisində iştirak etmişdir. 1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin sədri seçilmişdir. Həmin ildə "SSRİ — bizim vətənimizdir" Ümumittifaq sərgisinin iştirakçısı olmuşdur. 1973-cü ildə SSRİ Rəssamlarının IV qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi seçilmişdir. Professor elmi adı təsdiq edilmişdir. 1973-cü ildən 1992-ci ilə qədər SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olmuşdur. 1974-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda Dəzgah Boyakarlığı Yaradıcılıq Emalatxanasına rəhbərlik etmişdir.1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir. 1976-cı ildə Təsviri İncəsənət Beynəlxalq Assosiasiyasının icraiyyə komitəsinin üzvü seçilmişdir. 1977-ci ildə SSRİ rəssamlarının V qurultayında SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi seçilmişdir. O, həmin ildə Oktyabr inqilabının 60 illiyinə həsr olunmuş "Leninizm yolu ilə" Ümumittifaq sərgisində iştirak etmişdir.1978-ci ildə Helsinkidə keçirilən "Realist" Beynəlxalq sərgisində iştirak etmişdir. Həmin il onun Moskvada əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.
1979-cu ildə Tahir Salahovun Yaponiyanın Tokio və Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur. O, 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası Rəyasət heyətinin üzvü olmuşdur.
1980-ci ildə 10-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. Onun həmin ildə Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur. 1982-ci ildə Tahir Salahov SSRİ Rəssamlıq Akademiyasının rəyasət heyətinin üzvü seçilmişdir. O, həmin ildə Sofiyada realist anqajir rəssamlığı Triennalesində, Xorvatiyanın Riyeka şəhərində keçirilən Beynəlxalq rəsm biennalesində və SSRİ-nin yaradılmasının 60 illiyinə həsr edilmiş "SSRİ — bizim vətənimizdir" Ümumittifaq sərgisinin iştirakçısı olmuşdur. 1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilmişdir.[8][9] 1984-cü ildə 11-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmin ildə Ümumittifaq "Yer və insanlar" sərgisində iştirak etmişdir və "Dananın portreti" əsərini çəkmişdir. Tahir Salahov 1984-cü ildən 1992-ci ilə qədər V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri işləmişdir. 1986-cı ildə "Xəzərdə səhər" əsərini çəkmişdir.
1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir.
1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır.1996-ci ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilmişdir.
Mükafatları:
Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb.
Rəssam 2008-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif olunub. 2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilmişdir.
2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın — "Beynəlxalq Adlar" nominasiyasının laureatı adına layiq görülmüşdü.
2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılmışdır.
Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülmüş və 2018-ci ildə Bakıda keçirilən "Ənənələrin izi ilə" adlı sərgidə nümayiş olunmuşdur. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanmışdır.
Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.
Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB–nin bir çox ölkələrinin Rəssamlıq Akademiyaları ilə bahəm, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ–dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimiz Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il dekabrın 5-də Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim etmişdir.
Ailəsi:
1947-ci ildə Tahir Salahov Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Vansetta xanımla Tahir Salahovun nikahından Lara Salahova (1949), Alagöz Salahova (1953) və Aydan Salahova (1964) adlı 3 qız övladı dünyaya gəlib. Lakin sonradan cütlük arasında münasibətlər pozulub. Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan Salahov adlı oğlu dünyaya gəlib.
Ən böyük azərbaycanlı:Tahir Salahov hər bir azərbaycanlının sevdiyi, fəxr etdiyi, qürur duyduğu böyük sənətkardır.
Tahir Salahov barədə olan fikirlər:
* "Tahir Salahov — rənglər dünyasının hökmdarıdır!" — Kiril Lavrov;
* "Tahir Salahov boyakarlığın dəzgah formasının incəliklərini dekorativ-tətbiqi sənətdən əxz edilmiş monumentallığın vüsəti, ucalığı və aydınlığı ilə əlaqələndirməyi bacarır. Onun "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər" və digər əsərləri bu qəbildəndir." — Aleksandr Kibalnikov;
"Tahir Salahov öz sənəti ilə bizi həmişə sevindirir. Onun emalatxanasına, çəkdiyi rəsmlərə, palitrasına və ətrafındakı insanlara, onun bir anda işıq saçan gözlərinə baxanda həmişə heyranlıq hissləri keçirirsən, düşünürsən ki, bütün bunlar necə də gözəldir." — Zurab Sereteli;
"Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir." — Pyer Karden;
Bu gün dünyasını dəyişsə də, hər bir azərbaycanlı Tahir Salahovla haqlı olaraq fəxr edir və sabah da, illər sonra da fəxr efəcəkdir. Çünki Tahir Salahov rənglər dünyasının hökmdarı adını lap çoxdan qazanmışdır.
Şöhrəti dünyanı dolaşan görkəmli rəssam Tahir Salahovla bağlı düşüncələrimi Əməkdar jurnalist Flora xanım Xəlilzadənin fikirləri ilə bitirmək istəyitəm:
- Dünya rəssamlarının arasında məhz öz yeri, dəst-xətti, nüfuzu ilə seçilən belə bir azman sənətkarın millətimizin nümayəndəsi olması, sözün əsl mənasında, bəxtəvərlikdir. Təkcə ona görə yox ki, Tahir Salahov zəmanəmizin görkəmli rəssamıdır. O, dünyanın neçə nüfuzlu yaradıcılıq təşkilatının, akademiyalarının fəxri üzvüdür, möhtəşəm və məşhur qalereyalarda əsərləri saxlanılır. Təbii ki, sənət xoşbəxtliyi üçün bunlar əsas şərtdir. Amma bizi düşündürən və sevindirən başqa amildir. İllərdir ki, Vətəndən uzaqda yaşamasına, başqa mühitdə yaradıcılıq fəaliyyəti göstərməsinə baxmayaraq Tahir Salahov ən böyük azərbaycanlıdır. Bütün ruhu və canı ilə doğma yurduna, gözəl Bakıya, sevdiyi Xəzərə, sevimli xalqına bağlıdır.
Nə yaxşı ki, Tahir Salahov bu torpağın oğludur!
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Ordubad rayonunda zəlzələ olub
Prezidentin köməkçisi, şöbə müdirləri... - PA-nın vəzifəli şəxslərinin qəbulu cədvəli açıqlandı
Qar yağacaq
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Açıqlama (FOTOLAR)
DEPUTATLAR TOPLANIR: daha 15 qanun dəyişəcək - SİYAHI
"Güldür Güldür"ün məşhur aktyoru: "Nəzərdən çox qorxuram"
Bu rayonlara qar yağır - Siyahı
İsrail hərbçiləri daha ikisi uşağı həbs edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kəmaləddin Heydərov rəisi vəzifədən azad edib - Yeni təyinat
Azərbaycan və İranın birgə hərbi təlimi başa çatıb - FOTOLAR
MSK bu DSK-lərin hüdudlarında dəyişiklik edib - SİYAHI
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
“Taliban"la əlaqə saxlamaq vacibdir” - Peskov
Kremlin mətbuat katibi: "Ukraynaya nüvə silahı vermək..."
Hikmət Hacıyevdən növbəti paylaşım: ""Politico" nəşri dezinformasiya yaymaqda davam edir"
AFFA "Səbail" klubunu cərimələyib
Qəzzada savaşın 417-ci günü: ölənlərin sayı 44249-a yüksəlib
Borrell: "Müharibəni dayandırın..."
Prezident İlham Əliyev sərəncam imzaladı
Məhkəmə hakimi təqaüdə göndərilib
“Kontakt Home” kredit bataqlığında - MİNLƏRLƏ MƏHKƏMƏ İŞİ VƏ...
BAKIDA DAHA BİR TİKTOKER HƏBS OLUNDU - Məhkəmə 60 sutka cəza kədi
Deputat Milli Məclisdə: "...bunu heç cür ötüşdürmək olmur"
Rəis, yoxsa Baş mühəndis? - Həbs xəbəri yayılan idarə rəisi deyil
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
Məmur, yoxsa biznesmen? - ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ...
BİR QRUP VƏZİFƏLİ ŞƏXS QANDALLANDI - Milyonlarla manatlıq əməliyyatların TƏFƏRRÜATLARI
Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb
İstanbulda terrorçulara qarşı daha bir əməliyyat: saxlanılanlar var
İnstituta direktor əvəzi təyin olunub
Yarımcan olan xəstəyə niyə əlilik verilmir? - Şirvan sakini özbaşınalıqla bağlı Prezident və xanımına üz tutub
Eldar Əzizov özünə niyə müavinlər götürmür? - BŞİH-də 4 müavin poostu hələ də vakant saxlanılıb
Yeni Zelandiyada qəribə olay: sahilə çıxan 30-dan çox balina xilas olunub, 4-ü isə... - FOTO
Qırmızı dənizdə turist gəmisi batıb - 17 nəfər itkin düşüb
Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb