Britaniyaniyalı nazir Azərbaycana üç günlük səfərə gəlir - Səfirlik açıqlama yaydı
20-05-2021 [09:21]
Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart, iki ölkənin mövcud ticarət və iqtisadi əlaqələrini gücləndirmək məqsədilə Azərbaycana üç günlük səfərə gəlir.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, cümə axşamı, 20 may tarixindən etibarən başlayacaq səfərdə bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Birləşmiş Krallığın dəstəyi vurğulanacaq.
Nazir Stuart, yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində cari ilin noyabr ayında Qlazqoda keçiriləcək COP26 İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və "net zero" planını qəbul etmək üçün Birləşmiş Krallığa qoşulmağa təşviq edəcək.
Səfər çərçivəsində Böyük Britaniya naziri, həmçinin iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Ekologiya və Təbii Sərvətlər nazirləri ilə də görüşlər keçirəcək.
Nazir, həmçinin Birləşmiş Krallıq Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında və Azərbaycanda yeni yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılışında iştirak edəcək. Səfər Birləşmiş Krallıq və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini inkişaf etdirəcək, eyni zamanda bərpa olunan enerji, səhiyyə və İKT kimi qeyri-neft və qaz sektorlarında əməkdaşlığı gücləndirəcəkdir.
Səfərdən əvvəl Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart səfərlə bağlı fikirlərini paylaşıb:
"Uzun illərdir ki, Birləşmiş Krallıq ilə Azərbaycan ticarət və enerji sahəsində əməkdaşlıq edirlər. Xalqlarımız arasında güclü əlaqələr mövcuddur və hazırda ölkəmizin müstəqil ticarət tərəfdaşı olması bizi daha güclü edəcək.
"Ölkə rəsmiləri ilə görüşməyi və Azərbaycanı bərpa olunan enerjiyə keçid prosesinə göstərdiyimiz dəstək üçün qeyri-neft və qaz sahələrindəki əlaqələrimizi gücləndirməyimizə kömək edəcək Birləşmiş Krallıq Höküməti və Azərbaycan Respublikasının Höküməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iclasında iştirak etməyi səbirsizliklə gözləyirəm."
Nazir Stuart, həmçinin Britaniyanın təcrübəsini paylaşaraq British Council-ın təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətini müzakirə etmək məqsədilə Təhsil Naziri ilə də görüşəcək. Bundan əlavə, Nazir Stuart, dövlət və ticarətin müxtəlif sektorlarını təmsil edən Böyük Britaniya universitetlərinin məzunları ilə də görüş keçirəcək.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı