"Azərbaycan bu ölkələrin hər biri ilə strateji əlaqələr qurub" - Prezidentdən İsrail, ABŞ və Rusiya haqda açıqlamalar
20-05-2021 [19:10]
"Azərbaycanla İsrail arasında ticarət münasibətləri mövcuddur və bu münasibətlər daha da inkişaf etməkdədir".
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
Dövlət başçısı bildirib ki, İsraildə çox fəal Azərbaycan diasporu var. Həmçinin Azərbaycanda da çox fəal İsrail diasporu mövcuddur: “Diaspor nümayəndələri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verirlər. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində İsrail ilə geniş əməkdaşlıq aparılır”.
Prezident qeyd edib ki, Rusiya və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, 30 il Azərbaycan və Ermənistan arasında fəal danışıqlar prosesinin iştirakçıları olublar: "Lakin təəssüf ki, bu danışıqlar heç bir nəticə verməyib. Eyni zamanda, hazırda ABŞ və Rusiya arasında münasibətlərin aşkar şəkildə çox aşağı səviyyədə olduğu bir vaxtda məlum olub ki, münaqişənin həlli Rusiya və ABŞ-ın çox fəal və açıq əməkdaşlığa malik olduqları yeganə məsələ idi”.
Prezident qeyd edib ki, Bakıda bir neçə dəfə Rusiya və NATO Baş Qərargah rəislərinin görüşləri və danışıqları keçirilib: "Başqa bir yer də seçə bilərdilər. Ancaq Bakının seçilməsi Azərbaycanın müstəqil xarici siyasətini, ölkəmizə yüksək hörmət və etimadı əks etdirir”.
Dövlət başçısı vurğulayıb ki, ABŞ və Rusiyanın Azərbaycana münasibətdə siyasəti və əksinə Azərbaycanın bu ölkələrə münasibətdə siyasəti hər zaman sabit və proqnozlaşdırıla bilən olub.
İlham Əliyev əlavə edib ki, Azərbaycan bu ölkələrin hər biri ilə strateji əlaqələr qurub.
Prezident bildirib ki, ABŞ Azərbaycanın həyata keçirdiyi enerji layihələrini və digər layihələri daim dəstəkləyib: "Lakin biz bu münasibətlərin daha da şaxələndirilməsini istərdik. Ticarət sahəsində daha sıx əməkdaşlıq etmək istərdik. Həmçinin müdafiə sənayesində də əməkdaşlıq edə bilərik".
Dövlət başçısı deyib ki, Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir, bizim təmaslarımız var: “ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ilə telefon danışığım olub və bir çox məsələləri müzakirə etmişik”.
Ermənistanın Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışdığını qeyd edən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin kağız üzərində qaldığını xatırladıb.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı