ABŞ Dövlət katibinin Ərdoğan haqda sözü etiraz doğurdu: “Prezidentin dilə gətirdiyi məqamların hədəfi yəhudilər deyil..."
19-05-2021 [15:30]
ABŞ Dövlət katibi Blinkenin Türkiyə prezidenti Ərdoğanı yəhudilərə qarşı olmaqda ittiham edən mesajı qardaş ölkədə etirazlar doğurub.
Mia.az xəbər veirr ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb.
Bildirilib ki, Blinkenin və ABŞ Dövlət Departamentinin Türkiyə Prezidentinə qarşı ittihamları rədd olunur.
Bəyanatda ABŞ Dövlət Departamenti Türkiyə Prezidentini ittiham etmək əvəzinə, Fələstin xalqına qarşı edilən hücumların qarşısını almaq üçün səy göstərməyə çağırılıb: “Prezidentimizin dilə gətirdiyi məqamların hədəfi yəhudilər deyil, İsrailin əksəriyyəti uşaq, qadın və gənc olan bir çox günahsız fələstinlinin ölümünə səbəb olan hücumlarıdır. Digər tərəfdən, Prezidentimiz İsrailin keçmiş Baş nazirinin açıqlamalarını xatırladıb”.
Bildirilib ki, bütün inanclara hörmət edən, fərqli dini qruplarının dinc yanaşı yaşamaq mədəniyyətinə sahib olan Türkiyədə antisemitizm heç vaxt özünə yol tapmayıb: "Ölkəmizin torpaqları əsrlər əvvəl inkvizisiyadan və İkinci Dünya müharibəsi zamanı Holokostdan qaçan bir çox yəhudinin vətəni olub. Cəsur türk diplomatlar Holokost zamanı yüzlərlə yəhudini xilas etməyə kömək ediblər. Yəhudi vətəndaşlarımız bu torpaqda əsrlər boyu heç bir ayrı-seçkilik etmədən sülh və əmin-amanlıq içində yaşayırlar. Türkiyə antisemitizmi ilk dəfə insan hüquqları pozuntusu olaraq təyin edən BMT İnsan Haqları Şurasının qərarının əsas təşəbbüskarlarından biridir”.
Bəyanatda ABŞ rəhbərliyinin 1915-ci il hadisələrini "soyqırımı" kimi xarakterizə etməsinə toxunulub, mübahisəli, heç bir konkret məlumat, sənəd və sübuta əsaslanmayan bu ittihamla ABŞ-ın İsrailin hücumlarına səssiz qalması ilə müqayisə edilib.
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb
İran ordusu 3 saat ərzində ABŞ-İsrail bazalarına ağır zərbələr endirdi: "İki tonluq raketlərdən də istifadə olunub"
İsveçrədə avtobusda dəhşətli intihar - 6 nəfər yanaraq kül oldu
QARABAĞIN DAHA İKİ BÖLGƏSİNƏ KÖÇ OLDU