Nazir: “Rusiyada əhalinin sıx olduğu şəhərlərdə COVID-19-la bağlı vəziyyət gərgindir”

Nazir: “Rusiyada əhalinin sıx olduğu şəhərlərdə COVID-19-la bağlı vəziyyət gərgindir”

DÜNYA

17.05.2021, 11:58

Rusiyada əhalinin sıx olduğu şəhərlərdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyət gərgin olaraq qalır.

Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

“Bu gün əhalinin sıx olduğu şəhərlərdə COVID-19-a bağlı vəziyyət gərgindir. Lakin ümumilikdə ölkə üzrə vəziyyət sabitdir”, - deyə Rusiyanın səhiyyə naziri vurğulayıb.

M. Muraşko qeyd edib ki, üçüncü dalğanın gəlib-gəlməyəcəyindən asılı olmayaraq, xroniki xəstəlikləri olanların sağlamlıqlarını qoruması lazımdır, əməliyyat və müalicəvi sanatoriya-kurort səyahəti planlaşdıranların peyvənd olunması vacibdir/APA.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR