Xalq artisti sabah əməliyyat olunacaq: "Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub"

img

11-05-2021 [16:14]


Xalq artisti Ağadadaş Ağayev sabah əməliyyat olunacaq.

Mia.az xəbər verir ki, Xalq artistinin əməliyyatı barədə aparıcı Hacı Nuran Hüseynov paylaşım edib.

O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah ağır əməliyyat keçirəcək:

“İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi.

Zatən, Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub. O da mərdcəsinə qalib gəlib hər zaman. Mən bunun şahidiyəm. Ağadadaş Ağayev bu həyatda qazandığı bütün uğurlara dişiylə-dırnağıyla sahiblənib. Bu gün səhhəti sınayır onu. Əsrin bəlası olan xərçəng xəstəliyinə Ağadadaş qalib gələcək. Sabahkı əməliyyatdan sağ-salamat çıxasan. Dua edin, dostlar!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA